Erməni terrorizminin xronologiyası 1973-1987-ci illər: CİA sənədləri

Paylaş

Dağlıq Qarabağla bağlı regionda gedən proseslər, aktiv müharibənin başlaması erməni terrorunun əl qolunu açıb. Təsadüfi deyil ki, Qarabağı özlərinə dayaq nöqtəsi seçən terrorçular indi də Ermənistan ordusunun köməyi ilə Azərbaycanın yaşayış məntəqələrini hədəf alır, dinc əhalinin öldürülməsinə hesablanmış hücumlar təşkil edirlər.
CİA-nın sənədlərinə istinadən zamanında türklərə, Türkiyə rəsmilərinə qarşı yönəlmiş çoxsaylı erməni terrorunun xronologiyasını təqdim edir:

1973-cü il yanvarın 27-si ABŞ: 78 yaşlı mühacir Qurgen Yanikyan Los-Ancelesdə Türkiyənin baş konsulu Mehmet Baydarı və konsul Bahadur Demiri qətlə yetirib; Qətl Santa Barbarada "Bilamor" hotelində həyata keçirilib. Bu qətl bu günə qədər davam edən erməni terrorizm zəncirinin ilk həlqəsi idi.

27 yanvar 1973-cü il Fransa, Paris: Türkiyə konsulluğunun və Türkiyənin avianəqliyyat binaları qarşısında bir-birinin ardınca iki bomba partladılıb. Xəsarət alan olmasa da binaya xeyli ziyan dəyib. Məsuliyyəti heç kim öz üzərinə götürməsə də, asayiş orqanlarının fikrincə, cinayət erməni qrupu tərəfindən törədilib.

26 oktyabr 1973-cü il Amerika Birləşmiş Ştatları, Nyu-York: Türkiyənin informasiya xidməti Baş konsula ünvanlanmış, içərisində bomba və məktub olan bağlama alıb. Bağlama 1973-cü ilin yanvarında Kaliforniya Ştatının Santa Barbara şəhərində qətl törədilmişşəxsin adı ilə adlandırılan "Yanikyan dəstəsi"ndən göndərilib. Bomba polis tərəfindən zərərsizləşdirilib.

20 yanvar 1975-ci il Livan, Beyrut: 1978-ci ilin mətbuat konfransının gedişində Ermənistanın adından çıxış edən ASALA nümayəndəsi bildirmişdir ki, onun qrupunun birinci əməliyyatı məhz 1975-ci il yanvarın 20-də olub. O zaman Ümumdünya Kilsə Birliyinin Beyrut təşkilatının binası partladılmışdı.

7 yanvar 1975-ci il Livan, Beyrut: Türkiyənin İnformasiya Agentliyi və Turizm Bürosunun binasına bomba qoyulub. Bombanı zərərsizləşdirən zaman Livan polisi yaralanıb. Partlayışa görə məsuliyyəti dustaqlıqda olan Qurgen Yanikyanın qrupu ASALA öz üzərinə götürüb.

20 fevral 1975-ci il Livan, Beyrut: Beyrutda Türkiyə Avtonəqliyyat Kompaniyasının binası qarşısında bir kiloqramlıq bomba partladılıb. Nəticədə xeyli dağıntı baş verib.Partlayışa görə məsuliyyəti dustaq Qurgen Yanikyanın qrupu ASALA öz üzərinə götürüb.

22 oktyabr 1975-ci il Avstriya, Vyana: Üç silahlı cani Vyanada Türkiyə səfirliyinə soxularaq Türkiyənin səfiri Tunalicili öldürmüşdür. Gizlənməyə nail olmuş banditlər İsraildə, Böyük Britaniya və Macarıstanda istehsal edilən avtomat silahla silahlanmışlar. Törədilmiş cinayətə görə məsuliyyəti Ermənistanın Müzəffər Ordusu adlandırılan qrup öz üzərinə götürüb.

14 oktyabr 1975-ci il Fransa, Paris: Fransada Türkiyənin səfiri İsmayıl Erez səfirliyin yaxınlığında şəxsi avtomobilində öldürülüb. Hücum zamanı səfirin sürücüsü Talin Ener də qətlə yetirilib. Əvvəlcə məsuliyyəti "Erməni xalqının soyqırımına görə qisasçı desant dəstəsi" öz üzərinə almış, lakin sonradan naməlum şəxs Frans press agentliyinə zəng vuraraq bəyan etmişdir ki, qətli Ermənistanın azadlığı uğrunda Erməni Gizli Ordusu - ASALA həyata keçirib.

28 oktyabr 1975-ci il Livan, Beyrut: Beyrutda Türkiyənin səfirliyi raket zərbəsinə məruz qalmış və bina xeyli dağılmışdı. Buna görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

16 fevral 1976-cı il Livan, Beyrut: Beyrutda Türkiyə səfirliyinin birinci katibi Oqtay Sirit Xəmra Stritin qəbul otağında oturarkən terrorçu tərəfindən qətlə yetirilib. Cinayətkar gizlənməyə nail olub. ASALA hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

17 may 1976-cı il Almaniya Federativ Respublikası, Frankfurt, Essen, Köln: Üç alman şəhərində Türkiyə konsulluqlarında baş vermiş partlayışlar xeyli dağıntılar törədib. Heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.Lakin anonim telefon zəngi cinayət törədənlərin erməni olduğunu xəbər verib.

28 may 1976-cı il İsveçrə, Sürix: Əmək məsələləri üzrə türk attaşesinin yerləşdiyi Türkiyənin "Qrantlar" Bankı İsveçrə filialının binasında iki bomba partladılması nəticəsində dağıdılıb. Turizm üzrə Türkiyə bürosunun müəssisəsinə qoyulmuş üçüncü bomba partlayışa qədər zərərləşdirilib. Partlayışa görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, hüquq-mühafizə orqanları əmindirlər ki, burada "Erməni xalqının soyqırımına görə ədalət qrupu" - CSAQ adlanan erməni terrorçu təŞkilatının əli vardır.

2 mart 1977-ci il Livan, Beyrut: Güclü partlayış nəticəsində Türkiyənin hərbi attaşesi Nahid Qarakay və inzibati-təsərrüfat məsələləri üzrə attaşe İlham Özbabakana mənsub olan avtomobillər sıradan çıxarılıb. Partlayışlara görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

14 mart 1977-ci il 273 Fransa, Paris: Parisdə turizm üzrə Türkiyə bürosunun binasında partlayış törədilib. Nəticədə qapıçı yüngül yaralanıb. Hücuma görə məsuliyyəti iki müxtəlif erməni qrupu öz üzərinə götürüb; a)"Yeni Erməni Müqaviməti", b)"Gənclərin çıxışları qrupu"

29 may 1977-ci il Türkiyə, İstanbul: İstanbulun Yaşıçay aeroportunda güclü bomba partladılıb. Nəticədə 5 nəfər həlak olub, 42 nəfər yaralanıb (onlardan biri ABŞ vətəndaşıdır).Elə həmin gün İstanbulun Sirkəs vağzalında bomba partladılıb.1 nəfər həlak olub, 10 nəfər yaralanıb. Vağzalın binası güclü zərər çəkib. Afinada Frans press agentliyinə "28 may erməni təşkilatı" adlanan qrup adından anonim zənglər edilib. Təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

6 iyun 1977-ci il İsveçrə, Sürix: Güclü partlayış nəticəsində türk Hüseyn Bülbülə məxsus mağaza partladılıb. Bu aksiyaya görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, ehtimal olunur ki, bu erməni terrorçularının işidir.

9 iyul 1977-ci il İtaliya, Vatikan: Roma Papasının xidmət etdiyi Kafedral Kilsədə Türkiyənin səfiri Taha Kərim özünün iqamətgahı qarşısında iki terrorçu tərəfindən öldürülüb. "Erməni xalqının soyqırımına görə ədalət" qrupu (CSAQ) Beyrutda informasiya agentliyinə zəng edərək hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

4 oktyabr 1977-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: Amerikalı yəhudi, Kaliforniya Universitetində (Los-Anceles) Türkiyə tarixi ilə məşğul olan professor Standord Şounun evi qarşısında bomba partladılıb. Heç kəs ziyan çəkməsə də bina dağıdılıb. Yunayted Press İnterneşnlə (YPŞ) anonim telefon zəngləri xəbər verib ki, partlayışı "28 may erməni qrupu" törədib.

2 yanvar 1978-ci il Belçika, Brüssel: Bomba partlaması nəticəsində Türkiyənin bank xidməti dağıdılıb. Hücuma görə məsuliyyəti "Yeni Erməni Müqaviməti" adlanan erməni terrorçu qrupu öz üzərinə götürüb.

2 iyun 1978-ci il İspaniya, Madrid: Avtomat silahlarla silahlanmış üç terrorçu Türkiyənin səfiri Zəki Küneralpın maşınına hücum edib. Səfirin həyat yoldaşı Nekla Küneralp da həlak olub. Milliyyətcə ispan olan sürücü Antonio Torres yaralanıb və xəstəxanada əməliyyat zamanı keçinib.

İyunun 3-də anonim şəxs telefonla zəng edərək bildirib ki, hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb. Sonra bunu CSAQ təsdiq edib.

2 dekabr 1978-ci il İsveçrə, Cenevrə: Türkiyənin konsulluğu qarşısında partlayış baş verib. Bu, xeyli dağıntı törədib. Aksiyaya görə məsuliyyəti "Yeni Erməni Müqaviməti" qrupu öz üzərinə götürüb.

2 dekabr 1978-ci il İsveçrə, Cenevrə: Cenevrədə Türkiyə Avtonəqliyyat Kompaniyasının binasında partlayış olub. Məsuliyyəti ASALA öz üzərinə götürüb.

8 iyul 1979-cu il Fransa, Paris: Fransa paytaxtında Türkiyə müəssisələrindən dördündə partlayış törədilib: 1. Birinci bomba Türkiyə Avtonəqliyyat Kompaniyasının binasında, 2. İkinci bomba Əmək məsələləri üzrə attaşenin binasında, 3. Üçüncü bomba Turizm üzrə Türkiyə bürosunun binasında partladılıb, 4. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının işi üzrə Türkiyə daimi nümayəndəliyinin binasına qoyulmuş dördüncü bomba partlayışa qədər polis tərəfindən zərərsizləşdirilib. Anonim zəng Frans press agentliyinə xəbər verib ki, partlayışa görə terrorçu CSAQ təşkilatı məsuliyyət daşıyır.

22 avqust 1979-cu il İsvecrə, Cenevrə: Bomba Cenevrədə türk konsulu Niyazi Ədalın maşınına qoyulub. Konsul özü xəsarət almasa da maşına zərər dəyib və yerli sakinlərdən iki nəfər yaralanıb.Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

27 avqust 1979-cu il Almaniya Federativ Respublikası, Frankfurt: Partlayışlar nəticəsində Frankfurtda Türkiyə Avtonəqliyyat Kompaniyasının binası dağıdılıb. Bir sərnişin xəsarət alıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

4 oktyabr 1979-cu il Danimarka, Kopenhagen: Türkiyə Avtonəqliyyat Kompaniyasının yaxınlığında kağız üçün səbətə qoyulmuş bombanın partlayışı nəticəsində iki danimarkalı yaralanıb. Partlayış həmçinin xeyli dağıntı törədib. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

12 oktyabr 1979-cu il Hollandiya, Haaqa: Türkiyə səfiri Özdəmir Benlerin 27 yaşlı oğlu Əhməd Benler öz maşınında öldürülüb. Delftdə Texniki Universitetin doktorantının qətli 10 şahidin gözü qarşısında baş verib. Cani aradan çıxıb. Hücuma görə məsuliyyəti iki terrorçu təşkilat CSAQ və ASALA öz üzərinə götürüb.

30 oktyabr 1979-cu il İtaliya, Milan: Partlayış nəticəsində Türkiyə Avtonəqliyyat Kompaniyasının binası xeyli dağıdılıb. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

8 noyabr 1979-cu il İtaliya, Roma: Turizm üzrə attaşenin yerləşdiyi Türkiyə səfirliyinin binası partlayış nəticəsində güclü zərər çəkib. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

18 noyabr 1979-cu il Fransa, Paris: Parisin mərkəzində törədilən partlayışlar nəticəsində aviakompaniyaların üç binası dağıdılıb: 1. Türkiyə avtonəqliyyat kompaniyası; 2. Danimarkanın "KLM" avtonəqliyyat kompaniyası; 3. Almaniyanın "lufthanz" avianəqliyyat kompaniyası. Nəticədə iki fransız polisi yaralanıb. Hər üç hadisəyə görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

25 noyabr 1979-cu il İspaniya, Madrid: Amerikanın Avtonəqliyyat Kompaniyasının və "Britaniya aviasiya xətləri" kompaniyasının binaları qarşısında partlayışlar olub. Bu partlayışlara görə məsuliyyəti öz üzərinə götürən ASALA bildirib ki, bu Türkiyəyə səfərə hazırlaşan Pol Con Pola xəbərdarlıqdır.

9 dekabr 1979-cu il İtaliya, Roma: Romanın mərkəzində baş verən iki partlayış nəticəsində Amerikanın Avtonəqliyyat kompaniyası "Panam"ın, "Uorld Eyr Laync" "Britaniya aviasiya xətləri" və "Filippin aviasiya xətləri" kompaniyalarının binaları zədələnib, 9 adam yaralanıb. Bu partlayışa görə məsuliyyəti "Yeni Erməni Müqaviməti" öz üzərinə götürüb.

17 dekabr 1979-cu il Britaniya Birləşmiş Krallığı, London: Türkiyə Avtonəqliyyat kompaniyasinin London filialının qarşısında törədilən partlayış nəticəsində xeyli ziyan dəyib. Partlayışa görə məsuliyyəti "Ermənistanın azadlığı uğrunda cəbhə" adlanan qrup öz üzərinə götürüb.

22 dekabr 1979-cu il Fransa, Paris: Türkiyə səfirliyində turizm üzrə attaşe Yılmaz şolpan adamlarla dolu şanz Elizdə (Yelisey Gölü) gəzərkən silahlı bandit tərəfindən qətlə yetirilib. Aksiyaya görə məsuliyyəti bir neçə qrup, o cümlədən ASALA, CSAQ və "Soyqırıma qarŞı erməni yaraqlıları dəstəsi" öz üzərinə götürüblər.

22 dekabr 1979-cu il Hollandiya, Amsterdam: Türkiyə Avtonəqliyyat kompaniyasının binası qarşısında törədilən partlayış nəticəsində xeyli dağıntılar baş verib. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

23 dekabr 1979-cu il İtaliya, Roma: Fransa Avtonəqliyyat kompaniyasının və Amerika Avtonəqliyyat kompaniyası Trans Urold Eyr Layns-ın Roma filiallarının binaları qarşısında törədilən 3 partlayış nəticəsində yaxınlıqdan keçən çoxlu adam yaralanıb. Partlayışa görə məsuliyyəti öz üzərinə götürən ASALA bəyan edib ki, bombalar "Fransada yaşayan ermənilərə qarşı fransız hökumətinin repressiv çıxışlara cavab tədbiri" kimi qoyulub.

23 dekabr 1979-cu il İtaliya, Roma: Romada Ümumdünya Kilsələr şurası yanında qaçqınlar məsələsi üzrə mərkəzin binası qarşısında partlayış baş verib. Bu mərkəz Livandan gələn erməni qaçqınları üçün "yerboşaltma" məntəqəsi kimi istifadə olunurdu. Partlayışa görə məsuliyyəti öz üzərinə götürən ASALA "erməni diasporunun" fəaliyyətini dayandırmaq haqqında İtaliya hökumətini xəbərdar etmişdi.

10 yanvar 1980-ci il İran, Tehran: Türkiyə Avtonəqliyyat kompaniyasının binası qarşısında baş verən partlayış xeyli dağıntı törədib. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

10 yanvar 1980-ci il İspaniya, Madrid: Amerika "Trans Urold Eyr Layns" avionəqliyyat kompaniyasının, "Britaniya aviasiya xətləri" kompaniyası, habelə "Sui Eyr" və "Sabena" kompaniyalarının binaları qarşısında törədilmiş bir sıra partlayışlar çoxlu adamın yaralanmasına gətirib çıxarıb. Partlayışa görə məsuliyyəti "Erməni xalqının soyqırımına görə ədalət qrupu" öz üzərinə götürüb.

2 fevral 1980-ci il Belçika, Brüssel: Brüsselin mərkəzində Türkiyə Avtonəqliyyat Kompaniyasının və Sovet İttifaqının "Aeroflot" şirkətinin binaları qarşısında beş dəqiqə ərzində iki bomba partladılıb. "Yeni erməni müqaviməti qrupu"nun rəsmi məlumatında bəyan edilib ki, hər iki partlayış bu qrup tərəfindən yerinə yetirilib.

6 fevral 1980-ci il İsveçrə, Bern: Berndə Türkiyə səfirliyinin binası qarşısında terrorçu öz avtomobilinə minən türk səfiri Doğan Türkmənə atəş açıb. Səfir yüngül yaralanıb.Maks Qılıncyan adlı qatil sonralar Marseldə yaxalanmış və istintaqın aparılması üçün İsveçrəyə qaytarılmışdır. İnsidentə görə məsuliyyəti CSAQ terrorçu təşkilatı öz üzərinə götürüb.

18 fevral 1980-ci il İtaliya, Roma: iki partlayış nəticəsində üç avianəqliyyat kompaniyasının ("Suis Eyr", "El-Al" və Lufthanza") binalarına zərər dəyib. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb. Roma İnformasiya Agentliyinə edilən anonim telefon zəngi xəbər verib ki, aşağıdakı səbəblərə görə üç avtonəqliyyat kompaniyası hücum obyektinə çevrilib: a)"Suns-Eyr" - İsveçrə hökumətinə xəbərdarlıq edilib ki, günahsız erməniləri həbsxanada saxlamasın. b) "Lufthanza" - guya türk faşizmini dəstəkləyən alman hökumətini cəzalandırmaq. v)"El-Al" - sionizm ilə əlaqəyə görə.

10 mart 1980-ci il İspaniya, Roma: Roma Piatsa della Respublikada Türkiyə Avtonəqliyyat kompaniyasının və Turizm üzrə Türkiyə bürosunun binaları iki güclü partlayış obyektinə çevrilib. Güclü partlayış dalğası nəticəsində 2 italiyalı həlak olub və 14 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "Yeni erməni müqaviməti qrupu" öz üzərinə götürüb.

17 aprel 1980-ci il İspaniya, Roma: Üç erməni terrorçu Papanın xidmət etdiyi Kafedral Kilsəsində Türkiyə səfirinə atəş açılıb. Səfir şəxsi maşınında özünün iqamətgahından gəlirmiş. O, yüngül yaralanıb. Sui-qəsd zamanı mühafizəçi və sürücü Taxsın Güvənci də yaralanıb. Hücuma görə məsuliyyəti CSAQ öz üzərinə götürüb.

19 may 1980-ci il Fransa, Marsel: Türkiyənin Marseldəki konsulluğuna tullanmış raket aşkarlanıb və zərərsizləşdirilib. Məsuliyyəti ASALA və özlərini "Qara Aprel" adlandıran qrup öz üzərinə götürüblər.

31 iyul 1980-ci il Yunanıstan, Afina: Afinada Türkiyə səfirliyinin idarəetmə məsələləri üzrə attaşe Qalib Osmanın və onun ailəsinin olduqları maşın erməni terrorçularının hücumuna məruz qalıb. Qalib və onun 14 yaşlı qızı Neslixan həlak olublar. Onun həyat yoldaşı Sevil və 16 yaşlı oğlu Kaon yaralanıblar. Qətlə görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

5 avqust 1980-ci il Fransa, Lion: İki terrorçu Lionda Türkiyə konsulluğunun binasına soxulmuş və qapıçıdan konsulun yerini soruşub. Sonra onlar atəş açıblar. Nəticədə iki şahid həlak olub və bir neçə nəfər yaralanıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

11 avqust 1980-ci il Amerika Birləşmiş Ştatları, Nyu-York: "İki saxta bomba" Nyu-Yorkda konsul hüququ olan Türkiyənin BMT nümayəndəliyinin binası qarşısına atılıb. "Bombalardan" birinə bağlanmış məktubda deyilir ki, bu aksiyada məqsəd "imperialist Türkiyə hökumətinin erməni xalqına qarşı törətdiyi cinayətləri yada salmaqdan ibarətdir". Məktubu "Erməni qrupu" imzalayıb.

26 sentyabr 1980-ci il Fransa, Paris: Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Səlcuq Bakalbaşı mənzilinə girərkən iki dəfə atəş açılıb. Bakalbaşı sağ qalsa da, sonralar iflic olub. Hücuma görə məsuliyyəti ASALA və "Erməni gizli ordusu təşkilatı" adlanan qrup öz üzərinə götürüb.

3 oktyabr 1980-ci il İsveçrə, Cenevrə: 2 erməni terrorçusu Cenevrədə mehmanxana nömrəsində bomba hazırlayarkən partlayış baş vermiş və onlar partlamışlar. İsveçrə polisi hər iki terrorçunu Kaliforniyanın Kanoza Parkından olan Süzi Mahserecyanı və Aleksandr Yenikomiçyanı həbs edib. Onların həbsi ASALA-nın yeni "filialının" - "3 oktyabr təşkilatı"nın yaradılmasına səbəb olub. Sonralar bütün dünyada İsveçrə müəssisələri bu təşkilatın hücumlarına məruz qalmışdır.

3 oktyabr 1980-ci il İtaliya, Milan: Türkiyənin Avtonəqliyyat kompaniyasının binası qarşısında törədilən partlayış nəticəsində iki italiyalı yaralanıb. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

3 oktyabr 1980-ci il İspaniya, Madrid: Partlayış nəticəsində İtaliyanın "Al İtaliya" aviokompaniyasının binası dağıdılıb. 12 nəfər yaralanıb."Ermənistanın azadlığı uğrunda gizli ordu" partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

3 oktyabr 1980-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya: Los-Ancelesdə Türkiyənin konsulu Kamal Arkanın evinə yandırıcı maddə atılıb. Binaya azacıq ziyan dəyib. Anonim telefon zəngi aksiyanın ermənilərin naminə törədildiyini bildirib.

10 oktyabr 1980-ci il Livan, Beyrut: Qərbi Beyrutda İsveçrənin müəssisəsi qarşısında partlayış törədilib. Bir neçə gündən sonra "3 oktyabr təşkilatı" qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. ngiltərədə də İsveçrə müəssisələrində buna bənzər aksiyalar törədilib.

12 oktyabr 1980-ci il Amerika Birləşmiş Ştatları, Nyu-York: Nyu-Yorkda Türkiyə mehmanxanası qarşısında qaçırılmış avtomobilə qoyulmuş bomba partladılıb. Partlayış nəticəsində 4 amerikalı həlak olub, qonşu binalara xeyli ziyan dəyib. CSAQ qrupu kütləvi informasiya vasitələrinin nümayəndələrinə zəng vuraraq partlayışın onlar tərəfindən törədildiyini bildirib.

12 oktyabr 1980-ci il Böyük Britaniya Birləşmiş Krallığı, London: Türkiyənin turizm və informasiya bürosunun binası partlayış nəticəsində xəsarət alıb. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

12 oktyabr 1980-ci il 279 Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya: Hollivudda Amerika mənŞəli türkün başçılıq etdiyi Səyyahlar Agentliyinin binası partladılıb. CSAQ terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

12 oktyabr 1980-ci il Böyük Britaniya Birləşmiş Krallığı, London: Partlayış nəticəsində Londonun mərkəzindəki İsveçrənin ticarət kompleksi zədələnib. Teleqraf agentliyinə edilən zənglərdən məlum olub ki, aksiya "3 oktyabr "təşkilatı"nın işidir.

13 oktyabr 1980-ci il Fransa, Paris: Parisdə Turizm üzrə İsveçrə Bürosunun binası partlayış nəticəsində zərər çəkib. Partlayışa görə məsuliyyəti "3 oktyabr təşkilatı" adlanan qrup öz üzərinə götürüb.

21 oktyabr 1980-ci il İsveçrə, İnterleykn: Parisdən İnterleyknə gedən İsveçrə qatarında bomba tapılıb. Asayişi mühafizə orqanlarının ehtimalına görə, bomba "3 oktyabr təşkilatı"nın üzvləri tərəfindən qoyulub.

3 noyabr 1980-ci il İsveçrə, Cenevrə: Cenevrədə İsveçrə Məhkəməsinin binasına partlayış nəticəsində güclü ziyan dəyib. İsveçrə hökuməti bildirib ki, partlayış ASALA-dan olan iki terrorçunun 1980-ci il oktyabrın 3-də həbs olunmuş Süzi Mahserecyan və Aleksandr Yenikomeçyanın işidir. Sonralar partlayışa görə məsuliyyəti "3 oktyabr təşkilatı" öz boynuna alıb.

9 noyabr 1980-ci il Fransa, Strasburq: Partlayış nəticəsində Strasburqda Türkiyə konsulluğunun binası güclü ziyan çəkib. Partlayışa görə məsuliyyəti "Kürd Fəhlə Partiyası" qrup ilə birgə ASALA öz üzərinə götürüb.

10 noyabr 1980-ci il İtaliya, Roma: Romada İsveçrə avtonəqliyyat kompaniyası və İsveçrə Turizm Bürosu binalarının partladılması nəticəsində beş nəfər yaralanıb. Dərhal partlayışa görə məsuliyyəti "3 oktyabr təşkilatı" öz boynuna alıb. Sonralar ASALA və "Kürd Fəhlə Partiyası"da eyni hərəkət edib.

19 noyabr 1980-ci il İtaliya, Roma: Türkiyə səfirliyinin turizm üzrə bürosu və Türkiyə Avtonəqliyyat kompaniyası nümayəndələrinin yerləşdiyi binanın partladılması nəticəsində ciddi ziyan dəyib. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

25 noyabr 1980-ci il İsveçrə, Cenevrə: Cenevrədə partlayış nəticəsində Birləşmiş İsveçrə Bankı zərər çəkib və bir nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "3 oktyabr təşkilatı" öz üzərinə götürüb.

5 dekabr 1980-ci il Fransa, Marsel: Marseldə polis eksperti İsveçrə konsulluğuna qoyulmuş bombanı zərərsizləşdirib. Asayışın mühafizəsi orqanları hesab edirlər ki, bomba "3 oktyabr təşkilatı" tərəfindən qoyulub.

25 dekabr 1980-ci il İsveçrə, Sürix: Partlayış nəticəsində Sürixin Kloten aeroportunda radiolokasiya qurğusunun nəzarət aparatı sıradan çıxarılıb. Aeroportun uçuş-eniş zolağına qoyulmuş ikinci bomba xüsusi ekspertlər dəstəsi tərəfindən zərərsizləşdirilib. Aksiya "3 oktyabr təşkilatı" tərəfindən törədilib.

29 dekabr 1980-ci il İspaniya, Madrid: Madriddə "Suke Eyr" kompaniyasının binasında partlayışın səbəblərinin təhqiq olunmasında iştirak edən ispan reportyoru ciddi yaralanıb. O, öz qəzetinə məlumat verərkən zəng etdiyi telefon budkasının yaxınlığında ikinci bomba partlayıb. Hər iki partlayışa görə məsuliyyəti "3 oktyabr təşkilatı" öz üzərinə götürüb.

30 dekabr 1980-ci il Livan, Beyrut: Beyrutda "Kredit - Suns" kompaniyasının binası partladılıb. Partlayışa məsuliyyəti "3 oktyabr təşkilatı" öz üzərinə götürüb.

2 yanvar 1981-ci il Livan, Beyrut: ASALA mətbuatda rəsmi xəbərlərlə çıxış edərək bütün dünyada İsveçrə diplomatlarına hücumlar edəcəyi barədə hədə-qorxu gəlib. Bu bəyanat guya İsveçrə həbsxanasında "Süzi end Aleks"ə, ASALA-dan olan iki terrorçuya qarşı pis münasibətə görə səsləndirilib. Yanvarın 4-də ASALA bəyan edib ki, isveçrəlilərin mənafeyinə cavab verməyən bütün tədbirləri 1981-ci il yanvarın 15-dək təxirə salmağı qərara alıb.

14 yanvar 1981-ci il Fransa, Paris: Parisdə Türkiyə səfirliyinin maliyyə müşaviri Əhməd Ərbəylinin maşınında partlayış törədilib. Ərbəylinin özü xəsarət almayıb. Lakin maşını tamamilə sıradan çıxıb. Qonşu binalara da ciddi ziyan dəyib. Özünü "Aleks Yenikomeriyanın dəstəsi" adlandıran qrup partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

27 yanvar 1981-ci il İtaliya, Milan: Partlayışlar nəticəsində Milanda "Suns Eyr" kompaniyasının və turizm bürosunun binaları zərər çəkib. "3 oktyabr təşkilatı" kütləvi informasiya vasitələrinin yerli nümayəndələrinə zəng vuraraq partlayışı onların törətdiklərini bildirib.

3 fevral 1981-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya: Los-Ancelesin xüsusi ekspertlər dəstəsi tərəfindən İsveçrə konsulluğunun girəcəyində pilləkənin altında qoyulmuş bombanı zərərsizləşdirib. Anonim telefon zəngi aksiyanın "3 oktyabr təşkilatı"nın işi olduğunu vurğulayıb. Eyni zamanda anonim zəng vuran bildirib ki, "biz dostumuz" Süzi Mahserecyan azad edilməyincə belə aksiyaları davam etdirəcəyik.

3 fevral 1981-ci il Fransa, Paris: Parisdə Amerikanın "Qranduorld Eyç Layns" avianəqliyyat kompaniyasının və Fransa aviasiya kompaniyasının binalarına qoyulmuş bombaların partladılması nəticəsində bir nəfər yaralanıb, habelə xeyli ziyan dəyib. Özünü "3 oktyabr Erməni Milli Hərəkatı" adlandıran qrup partlayışa görə məsuliyyəti üzərinə götürüb.

4 mart 1981-ci il Fransa, Paris: İki terrorçu Parisdə Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşe Rəşad Moraliyə, dini işlər üzrə məsul şəxs Təssəli Ariyə və "Anadolu Bank"ın nümayəndəsi İlkay Qaraqoça atəş açıb. Birinci güllə Təssəli Ariyə dəyib. Morali və Qaraqoç qaçmağa cəhd göstərib. Morali kafedə gizlənmək istəyib, lakin kafenin sahibi onu küçəyə itələyib və dərhal terrorçu gülləsinə tuş gəlib. Qaraqoç isə hadisə yerindən qaçıb. Terrorçular da aradan çıxa biliblər. Ağır yaralanmış Təssəli Ari səhəri gün Paris xəstəxanasında keçinib. ASALA-dan olan "şahan Natali" qrupu qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

12 mart 1981-ci il İran, Tehran: Bir qrup terrorçu Tehranda Türkiyə səfirliyinə hücum edib, 2 keşikçi öldürülüb. Terrorçulardan ikisi yerli hökumət tərəfindən yaxalanıb və sonra edam olunub. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

3 aprel 1981-ci il Danimarka, Kopenhagen: Türkiyə səfirliyinin əmək məsələləri üzrə attaşesi Qabid Demir axşam evinə qayıdarkən terrorçular tərəfindən atəşə tutulub. Cərrahi əməliyyatdan sonra Demir sağalıb. Hücuma görə məsuliyyəti ASALA və CSAQ- dan olan erməni terrorçuları öz üzərlərinə götürüblər.

3 iyun 1981-ci il Amerika Birləşmiş ştatları, Los-Anceles, Kaliforniya: "Anaxayım Konven Mərkəzi"ndə qoyulmuş bombanın partlaması Türkiyənin Xalq rəqsləri ansamblının tamaşasına mane olub. Sonrakı günlərdə də şimali Kaliforniyadan olan qrupun tamaşasına yol verilməyib.

9 iyun 1981-ci il İsveçrə, Cenevrə: Cenevrədə Türkiyə konsulluğunun katibi Mehmet Savaş Ergüz konsulluqdan çıxarkən qətlə yetirilib. Martir Camqoçyan adlı terrorçu hökumət tərəfindən həbs olunub.Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb. Camqoçyanın həbsi ASALA-nın yeni qrupunun "9 iyun təşkilatı"nın 282 yaranmasına səbəb oldu. Sonralar bu təŞkilat istər İsveçrə müəssisələrində, istərsə də digər Avropa ölkələrində bir sıra partlayışlar törədib.

11 iyun 1981-ci il Fransa, Paris: Aroy Toryanın başçılıq etdiyi bir qrup erməni terrorçusu Parisdə Türkiyə Avtonəqliyyat kompaniyasını ələ keçirmişdir. Əvvəlcə yerli hökumət buna reaksiya verməmiş, lakin Türkiyə səfirliyinin rəsmi etirazından sonra ASALA tərəfdarları binadan çıxarılmışdır.

19 iyun 1981-ci il İran, Tehran: "Suis Eyr" kompaniyasının Tehran Şöbəsinin binasında bomba partlaması nəticəsində binaya ziyan dəyib. Partlayışa görə məsuliyyəti ASALA-nın "9 iyun təşkilatı" öz üzərinə götürüb.

26 iyun 1981-ci il Amerika BirləŞmiŞştatları, Los-Anceles, Kaliforniya: Los-Ancelesdə İsveçrə banklar korporasiyasının binası qarşısında kiçik bomba partladılıb. Bu partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürüb.

19 iyul 1981-ci il Şsveçrə, Bern: Berndə İsveçrə parlamentinin binasında zibil qutusuna qoyulmuş bomba partlayıb. Sonra anonim zəng xəbər verib ki, bu "9 iyun təşkilatı"nın işidir.

20 iyul 1981-ci il İsveçrə, Sürix: Sürixdə Beynəlxalq aeroportda fotoavtomatda partlayış baş verib. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürüb.

21 iyul 1981-ci il İsveçrə, Lozanna: şəhər univermağının qadın paltarları şöbəsində partlayış nəticəsində 20 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürüb.

22 iyul 1981-ci il İsveçrə, Cenevrə: Cenevrədə vağzalda avtomat saxlama kamerasına qoyulmuş bombanın partlaması nəticəsində 4 nəfər yaralanıb. Asayişin mühafizəsi orqanları bu aksiyaya görə "9 iyun təşkilatı"nı günahlandırıb.

11 avqust 1981-ci il Danimarka, Kopenhagen: İki bombanın partlaması nəticəsində Kopenhagendə "Suis Eyr" kompaniyasının binası dağılıb. Bir amerikalı turist yaralanıb. Partlayışa görə məsuliyyəti "9 iyun təşkilatı" öz üzərinə götürüb.

20 avqust 1981-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya: Los-Ancelesdə İsveçrə dəqiq cihazlar korporasiyasının binası qarşısında partladıcı qurğu işə salınıb. Partlayışa görə məsuliyyəti ASALA-nın "9 iyun təşkilatı" öz üzərinə götürüb.

20 avqust 1981-ci il Fransa, Paris: "Al Ştaliya", "Eyr Layns" kompaniyasının Paris filialının binası səhər tezdən baş verən partlayış nəticəsində zədələnib. Anonim telefon zəngləri xəbər verib ki, partlayış "3 oktyabr Erməni Hərəkatı Təşkilatı" tərəfindən törədilib.

22 avqust 1981-ci il Fransa, Paris: Səhər tezdən "Olimpik Eyr Layns" kompaniyası Paris filialının binası qarşısında partlayış baş verib. Partlayışa görə məsuliyyəti "3 oktyabr Erməni Hərəkatı Təşkilatı" öz üzərinə götürüb.

15 sentyabr 1981-ci il Danimarka, Kopenhagen: Kopenhagendə Türkiyənin Avtonəqliyyat Kompaniyasının binası qarşısında partlayış nəticəsində iki adam yaralanıb. Polis ikinci bombanı partlayışa qədər zərərsizləşdirə bilib. Aksiyanın "Altıncı erməni azadlıq ordusu" törədib.

17 sentyabr 1981-ci il İran, Tehran: Partlayış nəticəsində Tehrandakı İsveçrə səfirliyinin binasına ciddi ziyan dəyib. Partlayışa görə məsuliyyəti ASALA-nın "9 iyun təşkilatı" qrupu öz üzərinə götürüb.

24 sentyabr 1981-ci il Fransa, Paris: Dörd erməni terrorçusu Parisdə Türkiyə konsulluğunu ələ keçirib. Konsulluğa daxil olaraq onlar konsul Kay İnalı və təhlükəsizlik xidmətinin nümayəndəsi Camal Ozanı ağır yaralayıblar. Terrorçular 56 adamı girov götürüblər. Terrorçulardan ikisi yüngül yaralanıb. Sonra terrorçular yaralı İnal və Ozanın xəstəxanaya aparılmasına icazə veriblər.Terrorçuların "Türkiyədə erməni siyasi dustaqların" azadlığa buraxılması tələbi rədd edildikdə onlar "siyasi dustaq statusu" almaq xahişi ilə Fransa hökumətinə təslim olublar. Terrorçuların dördü də Livandan gələn ermənilər, ASALA-nın üzvləri olub.

3 oktyabr 1981-ci il İsveçrə, Cenevrə: Törədilən partlayışlar nəticəsində Cenevrənin Baş poçtu və şəhər Məhkəməsi binaları dağıdılıb. Məlum olub ki, bu məhkəmədə ASALA üzvlərindən birinin törətdiyi qətl hadisəsi üzrə işə baxılmalı idi. Bir nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti ASALA-nın "9 iyun təşkilatı" qrupu öz üzərinə götürüb.

25 oktyabr 1981-ci il Fransa, Paris: şamz Elizedə (Yelisey çölü) dəbdəbəli "Fuks" fransız restoranında partlayışlar nəticəsində dörd nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

26 oktyabr 1981-ci il 284 Fransa, Paris: şamz Elizedə (Yelisey çölü) dəbdəbəli aptek mağazası qarşısındakı maşına qoyulmuş bomba partladılıb. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

27 oktyabr 1981-ci il Fransa, Paris: "Ruasi" aeroportunda adamlarla dolu eskalatorun yanında zibil qabına qoyulmuş bomba partladılıb. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

28 oktyabr 1981-ci il Fransa, Paris: Adamlarla dolu Paris kinoteatrında partlayış nəticəsində üç nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "September Frans" qrupu öz üzərinə götürüb.

3 noyabr 1981-ci il İspaniya, Madrid: Madriddə "Suis Eyr" kompaniyasının binası qarşısında törədilən partlayış nəticəsində üç adam yaralanıb, qonşu binalar zədələnib. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

5 noyabr 1981-ci il Fransa, Paris: Parisin "Qar de Lion" vağzalında törədilən partlayış nəticəsində saxlama kamerasına xeyli ziyan dəyib, bir nəfər yaralanıb. Özünü "Orli təŞkilatı" adlandıran erməni terrorçu təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

12 noyabr 1981-ci il Livan, Beyrut: Eyni vaxtda Beyrutda üz fransız müəssisəsi qarşısında bomba partladılıb; a)Fransa nəqliyyat mərkəzi; b)"Eyr Fans" kompaniyasının binası; c)Fransız konsulunun evi Heç kəs xəsarət almasa da, xeyli maddi ziyan dəyib. Partlayışa görə məsuliyyəti "Orli Təşkilatı" öz üzərinə götürüb.Təşkilat Fransanın Orli aeroportunda həbs olunan erməninin şərəfinə adlandırılıb. O, təxribat törətməkdə və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub. Təşkilat Fransada saxlanılan Amerika mənşəli erməni Mot Melkonyanın həbsdən azadlığa buraxılmasını tələb edir.

14 noyabr 1981-ci il Fransa, Paris: Partlayış nəticəsində Eyfel qülləsi yaxınlığında dayanan maşına ziyan dəyib. Telefon zəngi ilə bildirilib ki, aksiyanı "Orli təşkilatı" həyata keçirib və bildirib ki, bu "birinci xəbərdarlıq"dır.

15 noyabr 1981-ci il Fransa, Paris: "Orli təşkilatı" mətbuatda çıxış edərək "Eyr Frans" kompaniyasına mənsub olan sərnişin təyyarəsini partlatmaqla qorxudub. 285 16 noyabr 1981-ci il Fransa, Paris: Parisdə "Qar de Lest" vağzalının binasında saxlama kamerasında qoyulmuŞ bomba partlaması nəticəsində iki nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti "Orli Təşkilatı" öz üzərinə götürüb.

18 noyabr 1981-ci il Fransa, Paris: "Orli təşkilatı" bildirib ki, Parisin "Qar dyu Nord" vağzalının binasında bomba qoyulub. Lakin orda heç bir bomba aşkar olunmayıb.

20 noyabr 1981-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: Partlayış nəticəsində Bebirli Xildə Türkiyə konsulluğunun binasına xeyli maddi ziyan dəyib. Partlayışa görə məsuliyyəti erməni terror təşkilatı CSAQ öz üzərinə götürüb.

13 yanvar 1982-ci il Kanada, Toronto: Torontoda Türkiyənin konsulluğunda terror aktı törədilib. Binaya ciddi ziyan dəyib. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

17 yanvar 1982-ci il İsveçrə, Cenevrə: Cenevrədə avtomaşın dayanacağı yanında iki bomba partladılıb. Partlayışa görə məsuliyyəti ASALA-dan olan qrup "3 iyun təşkilatı" öz üzərinə götürüb.

17 yanvar 1982-ci il Fransa, Paris: Paris Banklar Birliyinin Şöbəsində partlayış törədilib: ikinci partladıcı qurğu "Lione krediti" Şöbəsində zərərsizləşdirilib. Aksiyaya görə məsuliyyəti "Orli Təşkilatı" öz üzərinə götürüb.

19 yanvar 1982-ci il Fransa, Paris: Parisdə Konqres Sarayında "Eyr Frans" kompaniyasının binasında partlayış olub. Aksiyaya görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

28 yanvar 1982-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: Los-Ancelesdə Türkiyənin konsulu Kamal Arkan işə gedərkən iki terrorçu tərəfindən öldürülüb. Qatillərdən biri 19 yaşlı Livan mühaciri Xamtiq Sosunyan həbs edilib, sonra mühakimə olunaraq ömürlük həbs cəzası alıb. Hazırda Kaliforniyanın San-Kventi həbsxanasında cəza çəkir.Onun cinayət yoldaşı Qriqor Saliba Livana qaçıb, qətlə görə məsuliyyəti erməni terror təşkilatı CSAQ öz üzərinə götürüb.

22 mart 1982-ci il Amerika Birləşmiş Ştatları, Kembric, Massarusets Ştatı: Bostonda fəxri türk konsulu Orxan Gündüzün hədiyyə mağazası partladılıb. Partlayış nəticəsində Gündüz ağır yaralanıb. Partlayışı CSAQ-ın törətdiyi bildirilir.

26 mart 1982-ci il 286 Livan, Beyrut: Beyrutun erməni məhəlləsində tez-tez türk filmlərini nümayiş etdirən kinoteatrda güclü partlayış baş verib, nəticədə iki nəfər həlak olub, 16 adam yaralanıb. Partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

8 aprel 1982-ci il Kanada, Ottava: Ottavada Türkiyənin konsulluğunun ticarət attaşesi Kani Güngör qarajda erməni terrorçularının hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

24 aprel 1982-ci il Almaniya Federativ Respublikası, Dortmund: Partlayışlar nəticəsində bir neçə türk firmalarına ziyan dəyib. Partlayışa görə məsuliyyəti "Yeni erməni müqavimət təŞkilatı" öz üzərinə götürüb.

4 may 1982-ci il Amerika Birləşmiş Ştatları, Kembric, Massarusets Ştatı: Bostonda türklərin fəxri konsolu Orxan Gündüz erməni terrorçusu tərəfindən öz maşınında qətlə yetirilib. Hücuma görə məsuliyyəti CSAQ öz üzərinə götürüb. ABŞ prezidenti Ronald Reyqan bütün şübhəli şəxsləri izləmək çağırışına baxmayaraq, heç kəs həbs olunmayıb.

10 may 1982-ci il İsveçrə, Cenevrə: Cenevrə bankında partlayışlar baş verib. Xeyli maddi ziyan vuran partlayışlara görə özünü "Ümumi qisas təşkilatı" adlandıran erməni qrupu məsuliyyəti öz üzərinə götürüb.

26 may 1982-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: Partlayış nəticəsində İsveçrə banklar korporasiyasının binasına ziyan dəyib. Ehtimala görə bu aksiya Cənubi Kaliforniyadan olan dörd erməninin (Viken Çarkyatun, Xraç Kozibukyan, Stranic Kozibukyan və Vartan Çirinyan) əlil olub. Onların dördü də ASALA-nın üzvü olduğu bildirilib.

30 may 1982-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: ASALA-nın üzvü olan Amerika mənşəli üç erməni Los-Ancelesdə beynəlxalq aeroportda "Eyr Kanada" kompaniyasının yük bölməsinin binası qarşısında partlayıcı qurğu qoymaqda ittiham olunub. Bomba Los-Anceles polis şöbəsinin xüsusi dəstəsinin üzvləri tərəfindən zərərsizləşdirilib.

7 iyun 1982-ci il Portuqaliya, Lissabon: Lissabonda Türkiyə səfirliyinin inzibati - təsərrüfat məsələləri üzrə attaşesi Erkut Akbay və onun həyat yoldaşı Nadidə Akbay öz evlərinin qarŞısında terrorçular tərəfindən öldürülüb. Hücuma görə məsuliyyəti CSAQ öz üzərinə götürüb.

1 iyul 1982-ci il 287 Hollandiya, Rotterdam: Dörd erməni terrorçusu (biri Danimarka polisi tərəfindən saxlanılıb) Amsterdamda Türkiyənin baş konsulu Kəmallədin Dəmirələ atəş açıb. Dəmirəl xəsarət almayıb. Sui-qəsdə görə məsuliyyəti özlərini "Ermənistanın Qızıl Ordusu" adlandıran naməlum qrup öz üzərinə götürüb.

21 iyul 1982-ci il Fransa, Paris: Sent-Servin meydanında adamlarla dolu Paris kafesi yaxınlığında törədilən partlayış nəticəsində 16 nəfər yaralanıb. Məsuliyyəti öz üzərinə götürən "Orli təşkilatı" bəyan edib ki, bu 1981-ci il sentyabrın 21-də Türkiyə konsulluğunu tutmuş ermənilərə siyasi sığınacaq verilməməsinə cavab aksiyasıdır.

26 iyul 1982-ci il Fransa, Paris: Parisdə "Pab Sent-Jermen"də partlayış nəticəsində iki qadın yaralanıb. Partlayışa görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

2 avqust 1982-ci il Fransa, Paris: Erməni terrorçusu Pyer Qulumyan Parisdəki mənzilində həlak olub. Görünür partladıcı ilə ehtiyatsız davranıb.

7 avqust 1982-ci il Türkiyə, Ankara: Ankaranın "Esenboj" aeroportu hücuma məruz qalıb. Tapança və qumbaralarla silahlanmış iki erməni terrorçusu sərnişinlərin gözləmə salonunda atəş açıb. Terrorçulardan biri aeroportun restoranında 20 adamı girov götürüb, digəri isə polis tərəfindən yaxalanıb. Terrorçu ilə atışma nəticəsində 9 adam, o cümlədən bir amerikalı və AFR vətəndaşı öldürülüb, 82 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti ASALA öz üzərinə götürüb. Yaxalanmış terrorçu Levon Ekmecyan məsuliyyətə cəlb olunmuş, təqsirkar sayılaraq edam edilmişdir.

8 avqust 1982-ci il Fransa, Paris: Fransanın xüsusi dəstəsi tərəfindən Parisin 17-ci rayonunda telefon mərkəzi yaxınlığında tapılmış bomba zərərsizləşdirilib. Məsuliyyəti "Orli təŞkilatı" öz üzərinə götürüb.

7 avqust 1982-ci il Fransa, Paris: Erməni terrorçuları Parisdə turizm üzrə türk attaşesini mühafizə edən polisə atəş açıb. Polis xəsarət almayıb. Hücuma görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

27 avqust 1982-ci il Kanada, Ottava: Ottavada Türkiyə səfirliyinin hərbi attaşesi polkovnik Atilla Altamatin maşını işıqforda dayanarkən atəşə tutulub. Qətlə görə məsuliyyəti erməni terror təşkilatı CSAQ öz üzərinə götürüb.

9 sentyabr 1982-ci il Bolqarıstan, Burqas: Burqasda Türkiyə konsulluğunun inzibati - təsərrüfat məsələləri üzrə attaşesi Bora Suelkan şəxsi evinin qarşısında qətlə yetirilib. Qatil gizlənə bilib. Lakin hadisə yerində qoyduğu vərəqdə yazılmışdı: "Türkiyə diplomatını biz öldürmüşük. Erməni xalqının soyqırımına qarşı ədalət məhkəməsinin kombatı". Anonim telefon zəngi Londonda Assoşieyted press agentliyinə bildirib ki, qətl ASALA tərəfindən törədilib.

26 oktyabr 1982-ci il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: Erməni mənşəli beş şəxs Pensilvaniya Ştatının Filadelfiya Şərində Türkiyənin səfirliyi yanında partlayış törətməyə hazırlaŞmaq ittihamı ilə məhkəməyə cəlb olunub. Onların planına görə konsul Kanot Arabeyin kabinetində partlayıcı qoymaq vəzifəsi dururdu. Los-Ancelesdə olan beş erməni əvvəllər CSAQ erməni terror təşkilatına mənsubiyyətə görə mühakimə olunmuşdu.

8 dekabr 1982-ci il Yunanıstan, Afina: İki erməni motosikletdə hərəkət edərək Afinada Səudiyyə Ərəbistanının aviasiya xətti şöbəsinə bomba atıb. Partlayış nəticəsində terrrorçulardan biri həlak olub. Şkinci terrorçu, İran mənşəli erməni Vahex Konmaverdyan partlayışın təşkili ittihamı ilə həbs olunub. Lakin o, ifadə verməkdən imtina edib.

21 yanvar 1983-cü il Amerika Birləşmiş Ştatları, Anaxaym, Kaliforniya Ştatı: Anaxaymda çörəkxanada doqquz "əldəqayırma" partladıcı aşkarlanıb. Partladıcıların biri təsadüfən açılıb və yanğın baş verib. Çörəkxananın sahibi Xaron Andisyan heç nədən qorxmadığını bəyan edib.

22 yanvar 1983-cü il Fransa, Paris: Fransa polisi Parisdə Orli aeroportunda Türkiyə aviasiya xəttinin kassası yanında 1 kiloqram ağırlığında partlayıcı maddə aşkar edib. Bu aksiyaya görə məsuliyyət ASALA-nın üzərinə düşüb.

22 yanvar 1983-cü il Fransa, Paris: İki terrorçu Parisdə Türkiyə aviasiya xəttinin şöbəsinə əl qumbarası atıb. Partlayış nəticəsində xəsarət alan olmayıb. Terrorçulardan biri saxlanılıb. ASALA aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb.

2 fevral 1983-cü il Belçika, Brüssel: Brüsseldə Türkiyənin aviasiya xətlərinin nümayəndəliyində partlayışlar törədilib. Bu aksiyaya görə "Yeni Erməni Müqavimət Təşkilatı" məsuliyyət daşıyır.

28 fevral 1983-cü il Lüksemburq: Türkiyə səfirliyi qarşısında partladıcı qurğu aşkarlanıb və zərərləşdirib. Nyu-Yorkda erməni qəzetinin reportyoru xəbər verib ki, "Yeni Erməni Müqavimət Təşkilatı" öz bəyanatında bu aksiyanı öz üzərinə götürüb.

28 fevral 1983-cü il 289 Fransa, Paris: Türkiyənin "Marmara Travel Eycensi" firmasının Paris şöbəsində bomba partlayışı nəticəsində fransız katib Rone Morin həlak olub, daha doqquz fransız yaralanıb. Partlayış nəticəsində binaya ziyan dəyib.Partlayışdan bir neçə dəqiqə sonra ASALA aksiyanı törətdiyini etiraf edib.

9 mart 1983-cü il Yuqoslaviya, Belqrad: Belqradın mərkəzində iki erməni terrorçusunun Türkiyə səfirinə qarşı hücumu olub. Nəticədə səfir Qalib Balkar öldürülüb.Terrorçular Yuqoslaviya vətəndaşları tərəfindən yaxalanıb.Terrorçulardan biri atəş açaraq yuqoslaviyalı polkovnikini yaralayıb. Terrorçu da öz növbəsində mülki geyimdə olan polis əməkdaşının gülləsinə tuş gəlib. İkinci terrorçu onu tutmaq istəyən adamlara atəş açıb. Nəticədə bir nəfər həlak olub, bir qız yaralanıb. Bu aksiyaya görə məsuliyyət CSAQ-ın üzərinə düşür. Hər iki terrorçu - Krikor Levonyan və Rafi Elbekyan Yuqoslaviya hökuməti tərəfindən mühakimə olunub.

31 mart 1983-cü il Almaniya Federativ Respublikası, Frankfurt: Türkiyənin "Tərcüman" qəzetinin Frankfurtdakı Almaniya Şöbəsində ASALA-dan anonim telefon zəngi alıb: əgər "Erməni işi"nə qarşı yazıların çapı dayandırılmazsa, partlayış törədiləcəyi xəbərdar edilib.

24 may 1983-cü il Belçika, Brüssel: Türkiyə səfirinin mədəni-informasiya mərkəzi, habelə Brüsseldə "Mərmərə" türk səyahətlər bürosunun qarşısında partlayışlar törədilib. Səyahətlər agentliyinin milliyyətcə italyan olan direktoru partlayış nəticəsində yaralanıb. Bu aksiyaya görə məsuliyyəti ASALA daşıyır.

16 iyun 1983-cü il Türkiyə, İstanbul: Erməni terrorçuları dünyada məşhur olan "Örtülü İstanbul" bazarında terror aktı törədiblər. Onlar əl qumbaraları və avtomat silahla silahlanıblar. Aksiya nəticəsində iki türk və bir terrorçu həlak olub, daha 21 nəfər yaralanıb.

8 iyul 1983-cü il Fransa, Paris: Erməni terrorçuları Londonda erməni terrorçularının məhkəməsinə etiraz əlaməti olaraq Britaniya səfirliyi binasına (rəsmən Britaniya mədəniyyət mərkəzinə) hücum ediblər.

14 iyul 1983-cü il Belçika, Brüssel: Brüsseldə Türkiyə səfirliyinin yanında attaşe Dursun Aksoy öz maşınında qətlə yetirilib. Bu qətlə görə məsuliyyəti üç qrup - ASALA, CSAQ və indiyədək məlum olmayan "Erməni İnqilabi Ordusu" öz üzərinə götürüb.

15 iyul 1983-cü il Fransa, Paris: Parisin "Orli" aeroportunda Türkiyə aviasiya xəttinin kassası qarşısında törədilən partlayış nəticəsində 8 adam həlak olub. Onların arasında dörd 290 fransız, iki türk, bir amerikalı və bir isveçrəli olub. Bundan başqa 60 adam yaralanıb.

29 yaşlı Suriya ermənisi, ASALA-nın Fransa təŞkilatının başçısı Varocan Karapetyan partlayışda öz iştirakını boynuna alıb və deyib ki, bomba təyyarədə partlamalı idi.

15 iyul 1983-cü il Britaniya Birləşmiş Krallığı, London: Orlidə partladılan bomba ilə eynisi partladıcı aşkarlanıb və zərərsizləşdirilib. Bu aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

18 iyul 1983-cü il Fransa, Lion: Lionun dəmir yolunda partlayış təşkil etmək barədə ASALA- dan xəbərdarlıq daxil olub.

20 iyul 1983-cü il Fransa, Lion: Erməni terrorçuları adından Lion dəmir yolunun Perraş stansiyasını partlatmaq barədə hədə-qorxu daxil olub. Təcili evakuasiya təşkil edilib.Bu hədə-qorxuya görə ASALA məsuliyyət daşıyıb.

22 iyul 1983-cü il İran, Tehran: Fransız səfirliyində və Tehranda "Eyr Frans" nümayəndəliyində iki partlayış törədilib. ASALA bəyan edib ki, aksiyaya görə məsuliyyəti "Orli təşkilatı" daşıyır.

27 iyul 1983-cü il Portuqaliya, Lissabon: Beş erməni terrorçusundan ibarət qrup Lissabonda Türkiyə səfirliyinə hücum etməyə cəhd göstərib. Lakin aksiyanın baş tutmadığını gördükdə terrorçular missiya rəhbərinin müavinin mənzilini ələ keçirərək onun arvadını və uşaqlarını girov götürüblər. Mənzildə partlayıcı qurğu quraşdırılarkən partlayış baş verib. Ev sahibəsi dörd terrorçu ilə birlikdə həlak olub. Yurtiv Mıxçıoğlu və onun oğlu Ağasoy yaralanıb. Beşinci terrorçu türk təhlükəsizlik qüvvələri ilə atışmada qətlə yetirilib. Bir portuqaliyalı polis də öldürülüb, digəri isə yaralanıb. Bu aksiyaya görə məsuliyyəti "Erməni İnqilabi Ordusu" öz üzərinə götürüb.

28 iyul 1983-cü il Fransa, Lion: Növbəti dəfə Lion dəmir yolunun Perraş stansiyasında partladıcı qoyulması barədə xəbərdarlıq alınıb. Zəng edən deyib ki, bu aksiyaya görə ASALA məsuliyyət daşıyıb.Partlayıcı qurğunun axtarışı nəticəsiz olub.

29 iyul 1983-cü il İran, Tehran: Hədə-qorxu daxil olub ki, Tehranda Fransa səfirliyi raket atəşi ilə dağıdılacaq. Tehran hökuməti mühafizəni gücləndirib. Hədə-qorxu "Orli təşkilatı"ndan daxil olub. Onlar Fransada 21 erməni məhbusunun azadlığa buraxılmasını tələb ediblər.

31 iyul 1983-cü il 291 Fransa, Lion və Reyn: Erməni terrorçularının bomba partlatması qorxusu içərisində 427 sərnişin olan iki təyyarəni dərhal yerə endirilməsinə səbəb olub. Təyyarələr Lionda və Reyndə yerə enib. Axtarış zamanı təyyarədə partlayıcı aşkarlanmayıb.

10 avqust 1983-cü il İran, Tehran: Partlayıcı doldurulmuş maşın Tehranda Fransa səfirliyi qarşısında partladılıb. Bu aksiyaya görə ASALA məsuliyyət daşıyıb.

17 avqust 1983-cü il İran, Tehran: Tehranda "Eyr Frans" nümayəndəsi öz avtomobilində avtomat silahdan qətlə yetirilib. Bu aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

27 avqust 1983-cü il Almaniya Federativ Respublikası: Fransa konsulluğunun şöbəsi bomba partlayışı nəticəsində güclü xəsarət alıb. Partlayış dalğası iki nəfərin ölümünə və 23 adamın yaralanmasına səbəb olub.Bu partlayışa görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

9 sentyabr 1983-cü il İran, Tehran: Tehranda iki səfir maşını partladılıb. Nəticədə səfirliyin iki əməkdaşı yaralanıb. Bu aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

1 oktyabr 1983-cü il Fransa, Marsel: Beynəlxalq ticarət mərkəzində bomba partlayışı nəticəsində SSRŞ, ABŞ və Əlcəzair pavilyonlarına ziyan dəyib. Partlayış nəticəsində bir nəfər həlak olub, 26 nəfər yaralanıb.Aksiya "Orli təşkilatı" tərəfindən törədilib.

6 oktyabr 1983-cü il İran, Tehran: Tehranda "Fransa səfirliyinin avtomobili partladılıb. Partlayış nəticəsində iki sərnişin yaralanıb. Aksiyaya görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.

29 oktyabr 1983-cü il Livan, Beyrut: Beyrutun Fransa səfirliyinə avtomobil yaxınlaşıb. Maşından çıxan adam səfirliyin girəcəyinə qumbara atıb. Terrorçu təhlükəsizlik xidmətinin adamları tərəfindən yaxalanıb. İkinci terrorçu qaçıb. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

8 fevral 1984-cü il Fransa, Paris: Nyu-Yorkda saat 13-də uçan "Eyr Frans" təyyarəsində partlayıcı qurğu qoyulması barədə terrorçudan xəbərdarlıq alınmışdı. Uçuşu yarım saat təxirə salmaq lazım gəlib. Axtarış nəticəsiz olub.

28 mart 1984-cü il İran, Tehran: İranın paytaxtı Tehranda Türkiyə diplomatlarının həyatına bir sıra sui-qəsdlər planlaşdırılmışdır. Bununla bağlı aşağıdakı insidentləri görmək olar: a) İki erməni terrorçusu İsmayıl Pamukçuya atəş açaraq onu ağır yaralayıb. Böyük serjant Tehranda türk hərbi attaşesinə gətirilib. ASALA bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb. b) Türkiyə səfirinin birinci katibi Həsən Sərvət Ötkəm öz evindən çıxarkən sui-qəsd nəticəsində o, yüngül yaralanıb. c) Türkiyə səfirliyinin inzibati attaşesi İbrahim Özdəmir onun evinin yanında iki şübhəli şəxsin dayanması barədə İran polisinə xəbər verilib. Onlar İran hökuməti tərəfindən saxlanılıb; ç) Gündüz saat 14-də Türkiyə səfirliyi qarşısında dayanmış üç erməni terrorçusu İran polisi tərəfindən həbs olunub; d) Erməni terrorçusu Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşavirinin köməkçisinin avtomobilində bombanı quraşdırarkən təsadüfi partlayış nəticəsində həlak olub. Müşavir İşiq Ynel xəsarət almayıb. Həlak olan terrorçu Sultan Qriqoryan Semaperdan adlı erməni olub.

29 mart 1984-cü il Amerika Birləşmiş Ştatları, Los-Anceles, Kaliforniya Ştatı: Los-Ancelesdə Türkiyə konsulluğuna hədə-qorxu məktubu daxil olub. Məktubda deyilir ki, əgər türk idmançıları Los-Anceles Olimpiadasında iştirak etsələr, onlar öldürüləcəklər. Hədə-qorxu məktubu ASALA tərəfindən imzalanıb.

26 aprel 1984-cü il Livan, Beyrut: Beyrutda ASALA-nın hədə-qorxu ilə dolu bəyannaməsi yayılıb. Bəyanatda Türkiyəyə reysləri olan bütün beynəlxalq aviasiya xətləri xəbərdar edilir ki, onlar hərbi hədəf kimi qiymətləndiriləcək.

26 aprel 1984-cü il Türkiyə, Ankara: Türkiyənin baş naziri Turqut Özəl hədə-qorxu məktubu alıb. Məktubda xəbərdarlıq edilirdi ki, əgər Tehrana planlaşdırılmış səfərindən imtina etməsə, ASALA onun ölkəsinə qarşı bir sıra terror aksiyalarını həyata keçirəcək.

28 aprel 1984-cü il İran, Tehran: İki erməni terrorçusu motosikletdən İşıq Yöndərin maşınına atəş açıb. Yöndər Türkiyə səfirliyində katib işləyən həyat yoldaşı Sədiyyəni işə aparırmış. Sui-qəsd nəticəsində İşıq Öndər həlak olur. Qətlə görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

20 iyun 1984-cü il Avstriya, Vyana: Vyanada Türkiyə səfirliyi yanında sosial məsələlər üzrə müşavirin köməkçisi Ərdoğan Özənə mənsub avtomobil partladılıb. Partlayış nəticəsində Özən həlak olub. İki avstriyalı polis daxil olmaqla beş nəfər yaralanıb. Bu aksiyaya görə məsuliyyəti terrorçu təşkilat "Erməni İnqilabi Ordusu" öz üzərinə götürüb.

25 iyun 1984-cü il Amerika Birləşmi Ştatları: Parisdə Xəbərlər Agentliyi ASALA tərəfindən imzalanmış məktub alıb. Məktubda hədə-qorxu gəlinir ki, Los-Anceles Olimpiadasında Türkiyənin iştirakını dəstəkləyən bütün hökumət təşkilatları və kompaniyalar hücumlara məruz qalacaq.

1 sentyabr 1984-cü il İran, Tehran: İranda bir neçə türk kompaniyası bir sıra hədə-qorxu məktubdan sonra hücumlara məruz qalıb. Birinci belə aksiya ən böyük inşaat kompaniyası "Sezay-TürkeŞ-Fevzi Akkay Kompani"də baş verib.Bu kompaniyanın şöbəsinə partlayıcı maddə atılıb. Baş verən yanğınla mübarizədə bir türk fəhləsi xəsarət alıb.

1 sentyabr 1984-cü il İran, Tehran: İran hökuməti bəyan edib ki, Tehranda Türkiyə səfiri İsmət Birselin həyatına qarşı terrorçuların təşkil etdikləri sui-qəsdin qarşısı alınıb.

3 sentyabr 1984-cü il Türkiyə, İstanbul: İstanbulda Topxana sarayı yaxınlığında dayanan maşının partlaması nəticəsində iki livanlı erməni həlak olub. Hökumətin keçirdiyi təhqiqat nəticəsində aydın olub ki, terrorçular bombanın vaxtından qabaq partlaması nəticəsində həlak olublar. Aksiyanı "Erməni İnqilabi Ordusu" terror təşkilatı törədib.

Dekabr 1984-cü il Belçika, Brüssel: Belçika hökuməti Türkiyə səfirliyinin əməkdaşı Səlcuq İnçinin mənzilində partlayış təhqiqini davam etdirib. Polis mənzillə üzbəüzdə partlayıcı qurğunu aşkar edib. Aksiyaya görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

25 dekabr 1984-cü il Livan, Beyrut: Beyrutun Şərqində iki fransız binası dağıdılıb. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.
29 dekabr 1984-cü il Fransa, Paris: "Eyr Frans" təyyarəsində partlayış törətmək barədə ASALA- nın hədə-qorxusundan sonra polis Parisdə "şarl de Qol" aeroportunda mühafizəni gücləndirib.

3 yanvar 1985-ci il Livan, Beyrut: Beyrutun Şərqində Frans press agentliyinin şöbəsi partlayış nəticəsində ciddi zədələnib. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə götürüb.

3 yanvar 1985-ci il Livan, Beyrut: Hərbi istehkamçılar dəstəsi Qərbi Beyrutun Əl-Bayda rayonunda "Fransa-Livan Bankı"nın girişində 6 funtluq partladıcı aşkar edərək zərərsizləşdiriblər. Aksiyaya görə məsuliyyəti ASALA öz üzərinə gotürüb.

3 mart 1985-ci il Fransa, Paris: ASALA-nın nümayəndəsinə mənsub olan zəng bütün dünyada fransız maraqlarını izlədiyi ilə qorxudub. Frans press agentliyinə edilən zəng Orli aksiyalarında iştirak edən üç terror aktı haqqında çıxarılan hökm ilə əlaqədar Fransa hökumətinə ünvanlanıb.

12 mart 1985-ci il Kanada, Ottava: Üç silahlı erməni terrorçu Ottavada Türkiyə səfirliyinə hücum edib. Atışmanın gedişində "Pikkerton" agentliyi Kanada təhlükəsizlik xidmətinin əməkdaşları öldürülüb. Sonra partladıcı ilə qapını partladaraq binaya girməyə nail olublar. Səfir Coşğun Kirs ikinci mərtəbənin pəncərəsindən tullana bilib.Tullanan zaman ağır yaralanan səfir dörd saat ərzində yerdə qalıb.Nəhayət səfirin arvadı və qızı da daxil olduğu girovlar azadlığa buraxılıb.Üç adı çəkilən terrorçu Kanadaya ədalət məhkəməsinə göndərilib.

26 mart 1985-ci il Kanada, Toronto: Torontoda daşıma sistemini partlatmaq hədəsi erməni terrorçu təşkilatından daxil olub. Bu, Torontoda təhlükəsizlik tədbirlərini kütləvi şəkildə gücləndirməyə gətirib çıxarıb.Metroda partladıcı qurğunun axtarışı davam etdirilib. Bu aksiyanın məsuliyyəti özünü "Vətənin Azadlığı Uğrunda Gizli Erməni Ordusu" adlandıran terrorçu təşkilatın üzərinə düşür.

Noyabr 1985-ci il Belçika, Brüssel: Belçika terrorizm ilə xüsusi mübarizə dəstəsi Brüsseldə NATO-da Türkiyənin nümayəndəsi Osman Orkeyin mənzili yaxınlığında iki şübhəli erməni terrorçusunu həbs edib. Təhqiqat davam etdirilib.

28 noyabr 1985-ci il Fransa, Paris: Fransa polisi "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu - İnqilabi hərəkatı"(ASALA-Ş) kimi məşhur olan terrorçu təşkilatın lideri, Amerika ermənisi Monte Melkonyanı həbs edib. Kaliforniya Ştatının Frino vilayətindən olan Melkonyan Xaqol Xaqonyanın (ASALA-nın banisi) adyutantı işləyib. O, ASALA təŞkilatından çıxaraq Orli aeroportunda əməliyyatlar da kömək göstərən ASALA-Ş təşkilatını yaradıb. Ərəb və Yaxın şərq siyasi məhbusları ilə birlikdə Fransa paytaxtının müxtəlif rayonlarında dörd partlayış törədib. Fransada həbsdə olan, erməni və ərəb terrorçularının müttəfiqi sayılan terrorçu Varacan Karapetyanın azadlığa buraxılmasını tələb edib.

17 mart 1986-cı il Fransa, Lion: Lion-Paris sürət qatarında bomba partladılıb. Bu aksiyaya görə məsuliyyəti KSAMEPP və ASALA öz üzərinə götürüb.

20 mart 1986-cı il Fransa, Paris: Paris ticarət pasajının binasında qoyulmuş partlayıcı qurğu işə salınıb. İki nəfər həlak olub, 30-a yaxın adam yaralanıb. Bu aksiyaya görə məsuliyyət daşıyan KSAMEPP yenidən Orli aeroportunda Türkiyə aviasiya xəttinin kassası yanında partlayışa dair mühakimə olunan Varacan Karapetyanın buraxılmasını tələb edib.

4 sentyabr 1986-cı il Fransa, Paris: Paris qatarında bütün sərnişinlər evakuasiya edildikdən sonra partlayıcı qurğu zərərsizləşdirilib. KSAMEPP bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb. Bir daha ASALA-nın 43 üzvünün, o cümlədən Varacan Karapetyanın azad olmasını tələb edib.

9 sentyabr 1986-cı il Fransa, Paris: "Paris Siti Xol"un binasında partlayış baş verib. Poçt xidmətinin işçisi öldürülüb, 18 digər vətəndaş yaralanıb. Bu partlayışa görə məsuliyyət KSAMEPP öz üzərinə götürüb.Bir daha Varacan Karapetyanın və digər iki terrorçunun həbsdən azad olunması tələbi qoyulub.

10-15 sentyabr 1986-cı il Fransa, Paris: Parisdə bir sıra bomba partlayışları iki nəfərin ölümünə və yüz adamın yaralanmasına səbəb olub. Bu partlayışa görə məsuliyyəti KSAMEPP öz üzərinə götürüb.
16 sentyabr 1986-cı il Fransa, Paris: Fransa paytaxtının Monparnass məhəlləsində KSAMEPP terrorçuları tərəfindən qoyulmuş bombanın partlaması nəticəsində beş nəfər həlak olub, 52 adam yaralanıb. Terrorçular Varacan Karapetyanın və KSAMEPP təŞkilatından olan iki terrorçunun azadlığa buraxılmasını tələb ediblər.

9 oktyabr 1986-cı il Livan, Beyrut: Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu (ASALA) Beyrutda xəbərlərin Qərb agentliyinə əllə yazılmış tələbnamə gətirərək, əgər Varocan Karapetyan və Yaxın şərqdən olan digər terrorçular azadlığa buraxılmasalar, Fransaya qarşı tədbirlərin genişləndiriləcəyi barədə xəbərdarlıq edilib. Sənəddə göstərilir ki, Fransada erməni məhəllələrində polis reydlərinə cavab kimi ASALA öz zərbələrini fransız təyyarələrinə, aeroportlarına, gəmilərinə, qatarlarına və diplomatlarına yönəldəcək. şübhə yoxdur ki, ASALA öz hədə- qorxularını həyata keçirə bilər. Unutmaq olmaz ki, bu erməni terror təşkilatı sentyabr ayında Parisi lərzəyə gətirdi.Bir çox aksiyaların hazırlanmasında iştirak edib. Bu aksiyalar onlarca insan həyatına son qoyub və 160-dan çox adam yaralanıb.

15 oktyabr 1986-cı il Livan, Beyrut: Mixran Mixranyan başda olmaqla ASALA-nın üç terrorçusu Livanın paytaxtında fransız jurnalisti ilə görüşərək öz tələblərini təkrar edib. Onlar Fransa hökuməti ilə danışıqlar haqqında bəyan ediblər. Onların nümayəndəsi Mixran Mixranyan deyib: "Biz Fransa hökumətinin vədini yerinə yetirilməsini gözləyirik (Karapetyanın azadlığa buraxılmasına). Əks təqdirdə biz aksiyamızı davam etdirəcəyik. Biz sizi əmin edirik ki, bu aksiyalar daha amansız olacaq. ASALA artıq bütün dünyada Fransa nümayəndələrini hərbi düşmən elan edib. Biz Fransa hökuməti öz vədini yerinə yetirməzsə şiraki və Mitterani dəhşətli fəlakətlər barədə xəbərdar edirik.

Noyabr 1986-cı il Fransa, Paris: "Erməni İnqilabi Ordusun"dan (EŞO) olan altı erməni terrorçusu üç erməni terrorçusuna qarşı Kanadada hökm çıxarılmasına etiraz əlaməti olaraq Parisdə "Eyr Kanada" binasını zəbt edib. Onlar binada barrikada yaratmış, lakin bir saatdan sonra polisə təslim olmuşlar.

22 noyabr 1986-cı il Avstraliya, Melburn: Melburnda Türkiyə konsulluğu yanında partladıcı qoyulmuş maşın partladılıb. Nəticədə aksiyanın qurbanı caninin özü Xaqon Levonyan olub.Onun şəriki Leon Dəmiryan sonra həbs edilib. Bu terror aksiyasına görə məsuliyyəti özünü "Yunan-Bolqar-Erməni cəbhəsi" (YBEC) adlandıran qrup öz üzərinə götürüb.Bu, adı çəkilən erməni terror təşkilatının törətdiyi ilk terror aktı idi.

19 yanvar 1987-ci il Avstraliya, Melburn: Poçtun çeşidləmə şöbəsində bomba partlaması nəticəsində altı adam xəsarət alıb. Bu aksiyaya görə məsuliyyəti "Yunan-Bolqar- Erməni cəbhəsi" öz üzərinə götürüb.

20 yanvar 1987-ci il Yunanıstan, Afina: ASALA özünün on ikinci ildönümü münasibətilə Afinadakı qərargahından ermənilərə müraciət edib. Afinada yerləşən "Müasir erməni hərəkatı" ASALA-nın siyasi rəhbərliyi adından "Türkiyə faşist dövləti və onu dəstəkləyən imperializm və sionizm"in şəxsində erməni xalqının düşmənlərinin adını çəkir. ASALA-nın məktubu ingilis dilində gündəlik "Afin Nyus" da daxil olmaqla yunan mətbuatında geniş əks-səda doğurub. Qəzetlər ASALA-nın bəyanatından parçaları öz səhifələrində dərc edib.

11 fevral 1987-ci il Livan, Beyrut: Livanın paytaxtında buraxılan rəsmi məlumat 1986-cı ildə Parisdə törədilən partlayışlara görə ASALA-nın məsuliyyətini təsdiq edir. Qərb İnformasiya Agentliyinin ünvanına göndərilmiş sənəddə erməni terror təşkilatı bəyan edirdi: "Fransa erməni və ərəb vətənpərvərlərini azad edilmələri üçün lazımi addımlar atmalıdır. Bizimlə Fransa hökuməti arasında sakitlik dövrü kimi atəşin kəsilməsi Fransanın və onun xalqının təhlükəsizliyi mənafeyinə bizdə ictimai rəy doğurmalıdır. Fransa küçələrində, fransız zavodlarında, aviasiya xidmətlərində, dəniz obyektlərində partlayışlar dalğasının bərpası sobataj kimi qiymətləndiriləcək". Sonra ASALA 1986-cı ildə Parisdə törədilən partlayışlara görə məsuliyyəti öz üzərinə götürür və Varocan Karapetyanın azad olunması haqqında öz tələblərini bir daha təkrar edir.

Bütün bunlardan, hadisələrin xronoloji ardıcıllığından bir daha aydın olur ki, erməni terroru daim iş başında olub, bu gün də dünya üçün əsas təhlükə mənbələrindən sayılır.

Məqalənin mənbəyi: Azvision.az

Digər Məqalələr

21-10-2020 17:04
Erməni terror təşkilatları
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» ...
21-10-2020 17:00
Azərbaycan ərazisində 1989-1994 illərdə törədilən 31 terror faktı
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkil...
21-10-2020 16:50
Quba soyqırımı
Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiris...
21-10-2020 16:46
Şamaxı soyqırımı
Şamaxı soyqırımı — 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasə...
Kateqoriyaya keç