Xocalı Soyqırımı

Paylaş

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi.Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi.

1992-ci il yanvarın 2-də Ayaz Mütəllibov Azərbaycan Respublikası Prezidentinin vəzifəsini icarə etməyə davam etdi. Rəsmi olaraq, yeni yaradılmış Ermənistan Respublikası Dağlıq Qarabağda separatçılarla açıq olaraq hər hansı bir silah, yanacaq, ərzaq və ya digər maddi-texniki təmin olunmasını təkzib edirdi. Lakin, Levon Ter-Petrosyan sonra separatçılarının maaşlarının ödənilməsi və maddi-texniki təchizatı ilə təmin edilməsini etiraf etsə də, lakin döyüşə öz kişiləri göndərilməsini təkzib edirdi. Ermənistanı artıq Azərbaycan Respublikasının, zəiflədici blokada, həmçinin Azərbaycanın qonşusu olan Türkiyənin təzyiqi qarşılayırdı. Erkən fevralda, Azərbaycan kəndləri olan MalıbəyliQaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edildi və onların əhalisi köçürüldü, və nəticədə ən azı 140 yaralı və 99 nəfər həlak olmuşdu.

Ermənistanın Qarabağla yeganə quru əlaqəsi yalnız vertolyotlar ilə daxil olunan Laçın dəhlizi idi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km (4.3 mil) yerləşən təxminən əhalisi 6,000-10,000 olan Xocalı şəhər idi. Bundan əlavə, Xocalı Qrad raketlərinin artilleriya bazası kimi xidmət etmişdir: Xankəndidə ermənilərin yaşadığı multi-mərtəbəli binalara 400 Qrad raketləri atılmışdır. Fevralın sonunda, erməni qüvvələri qarşıdakı hücum barədə xəbərdarlıq etdilər və Azərbaycana Xocalıda atəşin dayandırması üçün ultimatum vermişdi.

Xocalıya hücum

Xocalı şəhəri

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan etnik azərbaycanlıları vəhşicəsinə qətlə yetirməyə başladılar. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

“Memorial” İnsan Hüquqları Mərkəzinin 25-26 fevral 1992-ci il tarixdə Xocalı yaşayış məntəqəsinin işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabatında qeyd olunur ki, hücuma qədər Xocalıda şəhərin bir neçə yüz müdafiəçisi də daxil olmaqla 2-4 min əhali yaşayırdı. Xocalını könüllü müdafiə qüvvələri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlıları və Azərbaycan milli ordusunun əsgərləri qoruyurdu.Hər iki tərəfdən alınan məlumata görə şəhərdə üç ədəd zirehli texnika, həmçinin “Alazan” raket qurğusu yerləşirdi. Xocalıya hücum edən şəxslər və Dağlıq Qarabağ "rəsmiləri" Xocalıda həmçinin iki ədəd "Qrad" tipli reaktiv atəş sisteminin olduğunu söyləyirlər.

Hücumun iştirakçıları

Hesabatda hücumun iştirakçılarının, “Artsaxın Milli Azadlıq Ordusu (AMAO)” “Dağlıq Qarabağ Respublikası”nın Ali Sovetinin plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe olan ərazi komandanlıqlarının tabeliyində olan dəstələrdən (bölüklərdən) ibarət olması qeyd olunur. “Memorial” müşahidəçiləri Xocalıya hücum etməyə şəxsən kimin əmr verdiyi və ya əməliyyata görə kimin məsuliyyət daşıdığı barədə məlumat ala bilməmişdir, lakin “DQR” rəhbərliyinin onun Dağlıq Qarabağda vəziyyətə tam nəzarət etməsi ilə bağlı bəyanatını əsas götürərək Xocalını zəbt etmək əməliyyatının həm planlaşdırmasına, həm də icrasına görə məsuliyyətin də onun daşıdığı nəticəsinə gəlmək olar.

366-cı motoatıcı alayın rolu

Bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.Hərbi hissənin komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.

Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayının döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etmişdir, onlar şəhərə atəş açmış, lakin ora daxil olmamışdır. Erməni tərəfi hərbiçilərin döyüş əməliyyatlarında iştirakı üçün alayın komandanılığının yazılı əmrinin olmadığını bildirir.

Hücumun gedişatı

Xocalıdan olan məcburi köçkünlər qatarda, Ağdam, 1992-ci il.

Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00-04:00 arası girmişdir. Ermənistan silahlı birləşmələrin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə tam olaraq qırıldı. Xocalıdakı dağıntılar artilleriya hücumunun olduğunu təsdiq edir, onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntı və zədələnməyə bənzəmirdilər. Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladılar. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər var idi.

Əhali şəhəri iki istiqamətdə tərk etdi:

Beləliklə mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200-300 nəfər öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi (26 fevral tarixində Xocalı rayonunda olan “Qolfstrim” assosiasiyasının tele-müxbiri I.Burqanskinin məlumatında əhalinin əksəriyyəti müdafiə qarnizonunun bölmələrinin minomyot atəşindən öldüyü göstərilir, lakin Burqanskinin hücuma dair təsvir etdiyi əksər təfərrüatlar bütün mənbələrdən alınan digər məlumatlara uyğun gəlmədiyindən onun bu məlumatları şübhə doğurur.)

Erməni tərəfinin məlumatına görə hücum edənlər 10-12 nəfər ölüm itkisi vermişdir.

Əhalinin çıxması üçün "azad dəhliz"

Ağdamda Xocalı soyqırımının qurbanları üçün şaxsey-vaxsey, 1992-ci il.

"DQR" rəsmilərinin məlumatına görə mülki əhalinin Xocalıdan çıxması üçün şəhərin şərq hissəsindən başlayan, çay yatağı ilə davam edən və şimal-şərq tərəfə, Ağdama doğru istiqamətlənən və Əsgəranı sol tərəfdən keçən "azad dəhliz" saxlanılmışdı. Bu "dəhliz" 100-200, bəzi yerlərdə isə 300 metrə çatan enliyə malik idi. Ermənistan silahlı birləşmələrinin üzvləri mülki əhaliyə və həmin "dəhlizin" hüdudlarında yerləşən silahsız hərbi birləşmələrin üzvlərinə atəş açmayacağına söz vermişdi.[2]

“DQR” rəsmilərinin və hücumda iştirak edən şəxslərin məlumatına görə hücum başlanarkən zirehli döyüş maşınlarında quraşdırılmış səsucaldan cihazlar vasitəsilə Xocalı sakinləri bu cür "dəhliz"in mövcudluğu barədə məlumatlandırılmışdır. Lakin bu məlumatı verən şəxslər Xocalının əksər sakinlərinin atışma səsləri və səsgücləndiricilərin gücünün zəif olması səbəbindən “azad dəhliz” barədə xəbəri eşitməyə bildiyini istisna etmədilər. "DQR" rəsmiləri həmçinin bildirdilər ki, hücuma bir neçə gün qalmış Xocalı üzərindən helikopterlər ilə əhaliyə “azad dəhliz”dən istifadə etmək çağırışı ilə müraciət edən vərəqələr paylanmışdır. Lakin, bunun sübutu üçün “Memorial” müşahidəçilərinə bu cür vərəqənin bircə dənə də olsa nümunəsi təqdim edilə bilmədi. "Memorial" müşahidəçiləri Xocalıda da bu cür vərəqələrin heç bir izinə rast gəlməmişdir. Dindirilən Xocalı qaçqınları bu cür vərəqələr barədə heç nə eşitmədiyini söylədilər.

Ağdam və Bakıda "Memorial" müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, "azad dəhliz" barədə məlumatı olmuşdur (Xocalı qarnizonunun "hərbiçi"si onu xəbər etmişdir). "Memorial" müşahidəçilərinin Xankəndidə təcridxana mərkəzində deputat Paruyr Hayrikyan iştirakı ilə söhbət etdiyi (söhbət Ermənistan televiziyasının operatoru tərəfindən lentə alınmışdır) əsir götürülən Xocalı sakinləri “azad dəhliz” barədə heç nə eşitməmişdir.

Hücumdan bir neçə gün öncə Ermənistan tərəfinin nümayəndələri radio əlaqədən istifadə edərək dəfələrlə Xocalı qurumlarını planlaşdırılan hücum barədə məlumatlandırmış və onlardan dərhal əhalini tam şəkildə şəhərdən çıxarmağı tələb etmişdir. Bu məlumatın Azərbaycan tərəfindən alındığı və Bakıya ötürüldüyü Bakinskiy Raboçiy qəzetinin buraxılışında təsdiq olunmuşdur. "Dəhliz"in möcvudluğu barədə "Russkaya mısl" qəzetinin 03.04.1992-ci il tarixli nəşrində göstərilir və bu barədə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədovun sözlərindən sitat gətirilir:

" Biz bu dəhlizin mülki əhalinin çıxması üçün nəzərdə tutulduğunu bildirdik...[2]

Elman Məmmədov

"

Soyqırım

Şəhərdən çıxan əhalinin taleyi

1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil - torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını

Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə cəhd göstərdilər. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər - əksəriyyət yüngül geyimdə qaçdılar (nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər), Bakıda və Ağdamda dindirilən qaçqınların əksəriyyətinin hətta sənədləri yox idi. Əhalinin əksəriyyəti şəhəri çayın yatağı boyunca hərəkət edərək (birinci yol – "Xocalıya hücum" bölməsinə baxın) tərk etdi. Bəzi qaçqın qruplarının tərkibində şəhər qarnizonundan silahlı şəxslər var idi. Azərbaycanın Ağdam rayonunun yaxınlığında "azad dəhliz"lə hərəkət edərkən bu insanlara atəş açıldı və nəticədə onların çox hissəsi öldürüldü. Sağ qalan qaçqınlar dağınıq düşdü. Xilas olmağa çalışanlar erməni postalarına dirəndilər və orada atəşə məruz qaldılar. Yalnız qaçqınların bir hissəsi Ağdama çata bildi; bəziləri, əsasən qadın və uşaqlar (dəqiq sayını müəyyən etmək mümkün deyil) dağlarda hərəkət edərkən donaraq öldülər; Ağdama çata bilənlərin ifadələrinə görə bəziləri Pircamal və Naxçıvanik kəndlərində əsir götürüldülər. Dəyişdirilən Xocalı sakinlərinin ifadələrinə görə əsir götürülənlərin bəziləri qətlə yetirildi.

Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyitləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Lentə alınan kadrlardan görünür ki, öldürülənlərin cəsədləri geniş məkana səpələnmişdir. Qətliam yerində filmə alınan cəsədlərin böyük əksəriyyətini qadın və yaşlıların cəsədləri təşkil edirdi, öldürülənlərin arasında uşaqlar da var idi. Eyni zamanda, öldürülənlərin arasında formada olanlar da var idi. Videoda ümumilikdə onlarla cəsəd göstərilirdi. Ehtimal etmək olar ki, relyefin çətinliyi və əksər insanların fiziki qabiliyyətləri nəzərə alınaraq, qaçqınlar təxminən yeddi və ya səkkiz saata Xocalıdan qətliam yerinə çata bilmişlər ("azad dəhliz"ə paralel yol boyunca hərəkət iki saat çəkir). Beləliklə qaçqınlar sübh tezdən atəşə məruz qalmışlar.

Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır. Ağdamda 181 meyitin (130 kişi, 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası aparılmışdır; ekspertlərin gəldiyi nəticələrə görə 151 nəfər güllə yarasından, 20 nəfər mərmi yaralarından, 10 nəfər isə küt alətlə zərbədən ölmüşdür. Bundan başqa, Xocalı rayonundan gətirilmiş bir neçə meyit üzərində də məhkəmə-tibbi ekspertiza keçirilmişdir. "DQR" rəsmiləri "Memorial" müşahidəçilərinə "120-130 cəsədin onların razılığı ilə Ağdama" gətirildiyini bildirmişdir. 96 meyit Ağdamda dəfn olundu. Digərlərinin meyitləri qohumlarına çatdırıldı.

"DQR" rəsmiləri və Ermənistan silahlı dəstələrinin üzvləri "azad dəhliz"də mülki əhalinin öldürülməsini hərəkət edən qaçqınların arasında erməni postlarına atəş edən və cavab atəşini məcbur edən silahlı şəxslərin olması və həmçinin Azərbaycan qüvvələrinin əsas hissəsinin müdaxilə cəhdləri ilə izah etmişdir. Ermənistan silahlı dəstələrinin sözlərinə görə Azərbaycan bölmələri Ağdamdan "azad dəhliz" istiqamətində silahlı müdaxiləyə cəhd etmişdir. Erməni postları hücumu dəf edərkən, Xocalıdan birinci qrup qaçqınlar yaxınlaşdı. Qaçqınların arasında olan silahlı şəxslər erməni postlarına atəş açdılar. Döyüş zamanı bir post dağıdıldı (iki nəfər öldürüldü və 10 nəfər yaralandı). Lakin azərbaycanlıların bilmədiyi digər post Xocalıdan gələn insanlara yaxın məsafədən atəş altına aldılar.

Xocalı qaçqınları verdiyi ifadələrində (o cümlədən mətbuatda çap olunmuş) qaçqınlar axınında olan silahlı şəxslərin erməni postları ilə atışma apardıqlarını, lakin hər dəfə atışmanı başlayan tərəfin erməni olduğunu söylədilər. Həmçinin 2-ci yol ilə gedən və Əsgəranı özlərindən sağ tərəfdə saxlayan qaçqın qrupları da atəşə məruz qalmışdı. Ağdam şəhərindəki tibb vaqonunun demək olar ki, Xocalının bütün qurban və müdafiəçilərinin əks olunduğu jurnalında 598 yaralı və donvurma qurbanları (sonuncu qrup üstünlük təşkil edirdi) qeydə alınmışdı. Canlı vəziyyətdə baş dərisinin soyulması halı da burada əks olunmuşdur.

Xocalıda ölən şəxslərin ümumi sayını qiymətləndirərkən insanların yalnız qaçqınların güllələnməsi nəticəsində deyil (bu cür öldürülən insanların cəsədlərinin bir hissəsi Ağdama gətirilmişdir), həmçinin dağlarda hərəkət zamanı donvurma səbəbindən ölməsi faktı da nəzərə alınmalıdır. “Memorial” müşahidəçiləri üç uşağını bu yolla itirmiş bir qadınla söhbət etmişdir. Xocalının donvurma nəticəsində ölmüş sakinlərinin dəqiq sayını müəyyən etmək mümkün olmamışdır. "Qarabağ" qəzetinin 26.03.1992-ci il tarixli buraxılışında verilən məlumata görə Xocalı qaçqınlarına yardım komissiyası 476 şəhid ailəsinə yardım etmişdir.

Şəhərdə qalan sakinlərin taleyi

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 axısqa türkü qalmışdı.Sakinlərin, hücumun iştirakçılarının, "DQR" rəsmilərinin və həmin ərəfədə Xocalı rayonunda olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin ifadələrinə görə qalan sakinlərin hamısı əsir götürüldü və üç gün ərzində Xankəndiyə (təcridxana mərkəzi və nəqliyyat dəstəsinin binasına), Krasniy kəndində saxlama yerinə və Əsgəran rayonunda təcridxanaya aparıldı. “DQR” rəhbərliyinin razılığı ilə onların bəziləri Azərbaycan ərazisində qohumları həbsdə olan erməni ailələrinin xüsusi evlərinə aparıldı.

"DQR" rəsmilərinin məlumatına görə bir həftə ərzində bütün qadın və uşaqlar heç nə alınmadan Azərbaycan tərəfinə təhvil verildi. Hər iki tərəfdən alınan məlumata görə Xocalının həm şəhərin ələ keçirilməsi zamanı, həm də Ağdama gedərkən tutulan 700 nəfərdən çox əsir götürülmüş sakini 28.03.1992-ci il tarixinə kimi Azərbaycan tərəfinə təhvil verilmişdi.Onların əksəriyyətini qadınlar və uşaqlar təşkil edirdi. Eyni zamanda, bir çox Xocalı sakinlərinin ifadələrinə görə qadın və uşaqlar, həmçinin kişilər “dəyişdirmə vasitəsi” kimi saxlanılırdı. Bu ifadələr "Memorial" nümayəndələrinin şəxsi müşahidələri ilə təsdiqlənmişdi: 13 mart tarixinə Əsgəran şəhərində qadın və gənc qızlar da daxil olmaqla Xocalı sakinləri hələ də girov kimi saxlanılırdı. Bu tarixdən sonra da qadınların zor gücü ilə Əsgəranda saxlanıldığına dair etibarlı sübutlar mövcuddur.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Ağdamda Xocalı soyqırımının şahidi olan məcburi köçkün.

“Memorial” müşahidəçilərinin Xankəndi rayonunda yerləşən əsir götürülmüş Xocalı sakinlərinin və Azərbaycan silahlı birləşmələrinin əsir götürülmüş üzvlərinin (onların hamısı münaqişə zonasında “girov” kimi müəyyən olunur) saxlanıldığı təcridxana mərkəzində keçirdiyi baxış zamanı onların saxlanma şəraitinin hədsiz dərəcədə qeyri-qənaətbəxş olduğu müəyyən olundu. Təcridxana mərkəzində saxlanılan azərbaycanlıların xarici görkəmi onların zəif qidalandırıldığını göstərirdi və onlarda taqətdən düşmənin aydın əlamətləri görünürdü. Şifahi şəkildə alınan məlumatlara görə əsirlər müntəzəm surətdə döyülürdülər. Həmçinin o da qeyd edilməlidir ki, müşahidəçilərə yalnız bəzi girovlara baxmağa imkan verilmişdi.

Təcridxananın rəisi mayor Xaçaturyan əsirlikdə olan şəxslərlə hətta bir neçə dəqiqəlik təkbətək söhbət aparmağı qadağan etdi. Yalnız təsadüf nəticəsində bir dəfə belə bir söhbət aparmaq mümkün oldu. Əsir götürülən və sonralar dəyişdirilən Xocalı sakinləri və şəhər müdafiəçilərinin ifadələrinə görə onlar döyülmə hallarına məruz qalırdılar. İfadələrin bir çoxunda qadın və uşaqların kişilərdən fərqli olaraq döyülmədiyi deyilirdi. Lakin Bakı və Ağdamda həkimlərin də təsdiqlədiyi kimi azyaşlılar da daxil olmaqla zorlama halları barədə ifadələr mövcuddur.

Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Allahverdi Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Cəsədlərin yığılması

Xocalı mühasirədə olan zaman Xocalı əhalisi Ağdam istiqamətində yox, dağlar və meşələrə tərəfə qaçırdı, çünki erməni silahlı dəstələri Ağdama gedən yolun üstündəki Qaraqaya adlı hündürlüyü tutmuşdular. Xocalı camaatına Əsgərən istiqamətindən kömək etmək mümkünsüz olduğu üçün bir qrup döyüşçü xocalılara kömək üçün plan qurur və Qaraqaya əməliyyatına başlayırlar. Bu əməliyyat yuxarı komandanlığın göstərişi olmadan hazırlanır. Xocalı hadisəsi baş verən günlərdə Qaraqaya ermənilərdə idi. Yalnız fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardan nə baş verdiyini öyrəndikdən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən dinc əhalini xilas etmək üçün Qaraqaya erməni dəstələrindən azad edilir. Və bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılar xilas edilir. Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan əsirlikdən azad edilir, 100-dən çox meyit Ağdama gətirilir. Qaraqayanın qarşı tərəfindən bir az qabaqda Əsgəran istiqamətində isə xocalıların meyitləri başlayırdı. Həmin ərazilər ermənilərin nəzarəti altında idi

Xocalıların cəsədləri əsasən şəhərin özündə və ermənilərin nəzarəti altında olan ƏsgəranKətük və Naxçıvanikin yaxınlığında idilər

Orada qalan onlarla xocalıların meyitlərinin götürülməsi isə Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırov ilə Əsgəran batalyonunun komandiri Vitali Balasanyanın danışıqları nəticəsində baş tutub. Belə ki, faciədən iki gün sonra Allahverdi Bağırov Əsgəran yolundakı keçid məntəqəsinə yollanaraq, düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitali Balasanyanla görüşdü və ona bildirdi ki, Azərbaycan tərəfi həm meyitləri götürməli, həm də çəkiliş aparmalıdı (həmin vaxt Bağırov ilə o vaxt Müdafiə Nazirliyinin hərbi operatoru olan Seyidağa Mövsümov da getmişdi). Vitali əvvəlcə çəkilişin aparılmasına razı deyildi, ancaq Allahverdinin təkidindən sonra razılaşdı bir şərtlə ki, iki erməni silahlıları azərbaycanlıları axıra qədər izləyəcək və onların icazəsi olmadan heç bir çəkiliş aparılmayacaq. Razılaşandan sonra ermənilərin maşınlarına minib Xocalıya doğru irəlilədilər. Onlarla birgə iki yük maşını da getdi. Maşında Xocalı özünümüdafiə batalyonunun bir qrup döyüşçüsü də vardı. Onlar meyitləri yığacaqdılar. Əsgəran qalasının yaxınlığında olan Əsgəran körpüsünə çatanda, məlum oldu ki, körpünün altı və ətrafı insan cəsədləri ilə doludu. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Mövsümov nə qədər cəhd göstərsə də burada çəkiliş aparmağa imkan vermədilər. Azərbaycan döyüşçüləri meyitləri yığmağa başladılar. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərinsə ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər.

Bir az qabağa gedəndə xeyli sayda Azərbaycan döyüşçüsünün cəsədləri göründü. Onlar döyüş vəziyyətində idilər. Onların arasında Əlif Hacıyevin də meyiti var idi. Əlifin sırıqlısının ətəyi üzünə düşdüyünə görə, ermənilər onu tanımadılar, yoxsa, aparmağa imkan verməyəcəkdilər. Ermənilər də meyitlərin arasında bəzi adamları axtarırdılar, məsələn, Aqil Quliyevin cəsədini. Ermənilər Seyidağa Mövsümovdan Aqil Quliyevin cəsədini göstərib Aqil Quliyev olub-olmadığını soruşanda, Mövsümov bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, deyib ki, yox, o, deyil. Əlif Hacıyevin meyitindən bir az qabaqda isə ağsaqqal kişinin meyiti var idi, onun qulaqlarını kəsmişdilər. Başqa bir yerdə bir ailənin uşaqdan böyüyə qədər hamısını qırmışdılar. Yolda yaşlı ər-arvadı bir-birinə məftillə bağlamışdılar, kişinin kəllə qapağını çıxarmış, sonra da əzmişdilər, qadının isə qulaqlarını və burnunu kəsmişdilər. Seyidağa Mövsümov bütün gördüklərinin hamısını lentə köçürməyə çalışırdı. Meyitlər Qarqarçayın sahilindən dağlara qədər səpələnmişdi. Döyüşçülər Qarqarçaya çatanda ermənilər bir yük maşını dolu meyiti körpüdən çayın kənarına tökdülər.

Mövsümov və meyitləri yığan döyüşçülər artıq yüksəklikdə olanda Çingiz Mustafayevin vertolyotla gəlişinin şahidi oldular. Ermənilər vertolyotu atəşə tutdular və heyət aradan çıxdı. Çingiz isə döyüş meydanında düşmənlə üz-üzə tək qalmışdı və Naxçıvanik tərəfdə çəkiliş aparırdı. Mustafayevdən başqa Mövsümov orada digər müxbirləri də görmüşdü. Onlardan biri “Səhər” qəzetinin müxbiri Şamil Sabiroğlu, o birisi isə xarici jurnalist idi. Çingiz Mustafayevin sözlərinə görə, o, ilk dəfə fevralın 28-i əraziyə vertolyotla gələndə təxminən 500 metr radiusunda havadan cəsədlərlə dolu meydança var idi. Mustafayev göydən cəsədləri yığan azərbaycan döyüşçülərini də görmüşdü. Pilotlar əvvəlcə enmirdilər, çünki ərazi erməni silahlılarının nəzarəti altında idi. Nəhayət enəndə, atəş səsləri eşidildi və vertolyotlar havaya qalxdılar. Mustafayevnən gələn milis işçiləri isə cəmi dörd cəsəd götürməyə macal tapdılar. Çingiz Mustafayev və onunla daha beş nəfər həmin ərazidə qalıb (Əsgəran-Naxçıvanik yolundan 25 metr aralıda, donuz fermasının yanında) çəkiliş apardılar. Mustafayevin dediklərinə görə onların yanından hətta iki erməni ilə dolu maşın da keçdi. Mustafayev deyirdi ki, onunla bir yerdə olan iki nəfər xeyli sayda ölü və eybəcər hala salınmış adam gördüyündən huşunu itirmişdi, çoxusunun ürəyi bulanırdı. Sonra vertolyot qayıdmış və Çingiz Mustafayevgili aparmışdı.

Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər, sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan Röytersin fotomüxbiri Frederika Langen də çəkmişdi. Langen özünün "The New York Times" qəzetinə verdiyi müsahibəsində gördüklərini bu cür təsvir edirdi:

" Birinci yük maşınında mən 35 cəsəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmiş, çoxusu yandırılmış halda idi. Onların hamısı kişi idi və bəzilərinin əynində hərbi rəngdə forma var idi.

Frederika Langen

"

Ümumilikdə, Bağırovun döyüşçüləri Kətük, Naxçıvanik, Əsgəran və Xocalıdan 180-ə yaxın cəsəd toplayıb Ağdam məscidinə gətirdilər. Xeyli cəsəd tanınmaz hala düşmüşdü.

Martın 2-si Çingiz Mustafayev bir qrup xarici jurnalistlər ilə hadisə yerinə çatanda isə cəsədlərin çoxusu daha da eybəcər hala salınmışdı. Mustafayevin "İzvestiya" qəzetinə dediklərinə görə, onları bir neçə gün eybəcər hala salırmışlar.

Soyqırımın qurbanları

Əsas məqalə: Xocalı soyqırımı qurbanlarının siyahısı

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırım qurbanlarına həsr olunan plakat.

Xocalı rayonundan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. Əksər Azərbaycan və beynəlxalq KİV-lərdə qeyd olunur ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycan parlamentinin hüquq, qanunçuluq və müdafiə məsələləri idarəsinə rəhbərlik edən və Xocalı hadisələrinin istintaqını aparan parlament qrupunun tərkibinə daxil olan Namiq Əliyevin 23 aprel tarixində "Helsinki Watch"-a bildirdiyinə görə Ağdamda 213 Xocalı qurbanı dəfn olunub. Ağdamda müvəqqəti olaraq yaradılmış hospitalda qəbul edilmiş bəzi cəsədlər kombatant kimi müəyyən edilmişdir. Helsinki Watch 180 Xocalı sakininin itkin düşdüyü qeyd edir.

"Qara bağ" kitabının müəllifi Tomas de Vaalın fikrincə, faciə nəticəsində 485 insan (donma nəticəsində həlak olmuşlar da daxil olmaqla) həlak olmuşdu.Azərbaycan hakimiyyətinin rəsmi hesablamasında 25-26 fevralın hadisələri zamanı zərər çəkmiş ölü sayı 613 nəfər idi, bunlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl yaşlı insanlar olmuşdur.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən çıxan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlərə heç olmasa əşyalarının bir hissəsini götürməyə imkan verilmədi. "Memorial" müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Xankəndi və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdı. "DQR" ali sovetinin qərarına əsasən ehtiyacı olan ermənilər Xocalıdakı evlərə köçürülür və bunun üçün onlara nömrələr verilir.

Xocalı soyqırımı zamanı şahidlərin xatirələri

1992-ci ildə Bakı Dəmiryol Stansiyasına qatarla Xocalı soyqırımında ölən və yaralıların gətirilməsi. Ölülər təcili tibb yardımı maşınları ilə aparılırdı.

Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a (Human Rights Watch) söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı.

" Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq. "

Sonradan əsir götürülən gənc azərbaycanlı qadın "Helsinki Watch"-a dediklərindən:

" Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər. "

Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən:

" Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm. "

Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dediklərindən:

" Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ dəyişməmişdi. "

Xocalı soyqırımı şahidi 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən:

" Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. Ermənilər onların üzüklərini götürmüşdülər. "

Xocalı döyüşündə iştirak etmiş Azərbaycanın Milli Qəhrəmanları

Ələsgər Xanlar oğlu Novruzov.jpg
Əlif Hacıyev (milli qəhrəman).jpg
Allahverdi Bağırov.jpg
Tofiq Hüseynov.jpg
Aqil Quliyev (milli qəhrəman).jpg
İnqilab İsmayılov.jpg
Füzuli Rüstəmov.jpg
Ələsgər Novruzov
Əlif Hacıyev
Allahverdi Bağırov
Tofiq Hüseynov
Aqil Quliyev
İnqilab İsmayılov
Füzuli Rüstəmov

Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

Digər Məqalələr

27-10-2020 18:35
Erməni terrorizminin xronologiyası 1973-1987-ci illər: CİA sənədləri
Dağlıq Qarabağla bağlı regionda gedən proseslər, aktiv müharibənin başlaması erməni terrorunun əl qolunu açıb. Təsadüfi deyil ki, Qarabağı özlərinə da...
21-10-2020 17:04
Erməni terror təşkilatları
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» ...
21-10-2020 17:00
Azərbaycan ərazisində 1989-1994 illərdə törədilən 31 terror faktı
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkil...
21-10-2020 16:50
Quba soyqırımı
Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımdır. 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiris...
Kateqoriyaya keç