Haqqımızda

Paylaş

Salam əziz həmvətənlim. Bu layihəni başlamaq ideyam 27-sentyabrdan sonra İkinci Qarabağ müharibəsi başladıqdan sonra Azərbaycan internet aləmində son baş verən hadisələr haqqında Azərbaycan tərəfini və rəsmi məlumatlar əsasında real hadisələri göstərəcək bir resursu tapmadıqdan sonra yarandı. Məqsədim həm keçmiş həmdə bu günki hadisələri işıqlandırmaqdır. Layihəyə başladıqdan sonra toplanası lazım olan məlumatların sayına baxdıqda anladım ki, qarşıya qoyduğum məqsədə təkbaşına çatmaq qeyri mümkündür. Bunun üçün sizlərin köməyi və iştirakı lazımdır.

İlkin olaraq layihə haqda yazım. İlkin etapda istifadəyə xəritə və xronologiya ilə xəbər lenti veriləcək. Xəritədə tarixə və xəbərlərə uyğun markerlər, polygon-sahə əraziləri yerləşdiriləcək. Xəritə 2 formatda: topoqrafik (yüksəklikləri, düzənlikləri və s. qrafik şəkildə göstərən) və sadə xəritə. Bundan əlavə xəritədə çəkilmiş ərazilərin sahəsini göstərəcək, bir neçə nöqtə arasında məsafələri ölçəcək, bir neçə məntəqə arasında maşın yolları ilə yolun çəkilməsi məsafəsi göstəriləcək funksiyalar əlavə olunub.(Xəritədə sağ hissədəki düymələr) Sayt 3 dildə: Azərbaycan, İngilis və Rus dillərində olacaq. Kontent moderator və adminlər tərəfdən idarə olunacaq. Moderatorlar üçün xüsusi daxil olma paneli və profil olacaq haradan ki, xronologiyaya əlavələr və redaktələr edə biləcək. Adminlər əlavə olunan xronologiyaları yoxlayıb təsdiq edəcək və özləridə əlavələr edə biləcək. 

Növbəti etaplarda əlavə olunacaq funksional:
- Şəhid olan Azərbaycan vətəndaşlarının və hərbçilərin siyahısı 1988-ci ildən bu günə kimi onlar haqqında maksimum məlumat. Həyatını qurban vermiş heç bir şəhidimiz unudulmamalıdır.
- Baş verən terror və mülki şəxslərin qurban olduğu digər hadisələrin siyahısı (hər birində ölən mülki şəxlərin siyahısı və yaralıların sayı əlavə olunacaq)
- Qarabağ münaqişəsinə aid olan rəsmi sənədlər və qərarlar

Əgər bu layihədə iştirak edib bizim işimizdə sizdə köməkçi olmaq istəyirsinizsə o zaman [email protected] elektron ünvanına özünüz haqda qısa məlumat, bildiyiniz xarici dillər, hansı bölmədə məlumatların toplanmasında iştirak etmək istəyinizi (gündəlik xronologiya, şəhidlər, erməni terroru, sayt üzrə ümumi kömək) sosial şəbəkələrin birində aktiv profilinizin linkini və ya telefon nömrənizi qeyd edib bizə müraciət edin.

Əgər saytda əksini tapamasını istədiyiniz hər hansı bir material, irad və təklifiniz varsa o zaman [email protected] elektron ünvanına yaza bilərsiniz.

Qeyd edək ki, sizin şəxsi məlumatlarınız heç yerdə paylaşılmayacaq və tam məxfilik qarantiya olunur. Tələb olunan məlumatlar yalnız kimliyinizin təsdiqlənməsi və layihədə arzuolunmaz şəxslərin iştirakının qarşısı alınması üçün lazımdır. Gələcəkdə fəal iştirak edən şəxslərin razılığı ilə saytın Haqqımızda bölməsində adları qeyd olunacaq.


Təşəkkürlər.