Qalaktika

Qalaktika

Qalaktika və ya Kəhkəşan — vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qaranlıq materiya sisteminə verilən addır.[1][2] Qalaktika sözü yunanca "galaxias" (γαλαξίας) sözündən gəlir və mənası "südlü" deməkdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon (108) ulduz daxil olan cırtdan qalaktikalardan başlayıb, tərkibinə 100 trilyon (1014) ulduz[3] daxil olan nəhəng qalaktikalara qədər dəyişir. Hər bir ulduz tərkibinə daxil olduğu qalaktikanın kütlə mərkəzi ətrafında dövr edir.

Qalaktikalar vizual morfologiyasına görə elliptik,[4] spiral və ya qeyri-müntəzəm[5] olaraq təsnif edilir. Bir çox qalaktikanın mərkəzində ifrat kütləli qara dəliklərin olduğu düşünülür. Süd yolu qalaktikasının mərkəzindəki Sagittarius A* olaraq bilinən qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çoxdur.[6] 2016-cı ilin mart ayına olan məlumata görə, GN-z11 Yerdən 32 milyard işıq ili məsafədə olan ən qədim və ən uzaqdan müşahidə olunan qalaktikadır. Bu qalaktika böyük partlayışdan 400 milyon il sonra yaranmış kimi müşahidə edilmişdi.

2016-cı ildə yayımlanan bir araşdırmaya görə, müşahidə edilən kaintada qalaktikaların sayı əvvəlki təxmin edilən miqdarda (200 milyard — 2×1011)[7] deyil, təxmini olaraq 2 trilyon (2×1012) və ya daha çoxdur.[8][9] Ümumilikdə, müşahidə edilən kainatda 1×1024-ə qədər ulduz olduğu təxmin edilir[10][11] (bu miqdar Yer planetindəki bütün qum dənələrindən daha çoxdur).[12] Qalaktikaların əksəriyyətinin diametri 1000 parsekdən 100.000 parsekə qədərdir (təxminən 3000 ilə 300.000 işıq ili) və bir-birilərindən milyonlarla parsek (və ya meqa parasek) məsafə qədər uzaqdırlar. Müqayisə üçün, Süd Yolunun diametri azı 30.000 parsek (100.000 işıq ili) təşkil edir və ona ən yaxın qonşu qalaktika olan Andromeda qalaktikasından 780.000 parsek (2,5 milyon işıq ili) uzaqlıqdadır.

Qalaktikalar arasındakı boşluq orta sıxlığı hər kubmetrə bir atom düşən miqdardan az olan seyrək qazla (interqalaktik mühit) doludur. Qalaktikaların əksəriyyəti cazibə qüvvəsi ilə qrup, topa və super topa şəklində bir yerdə yığılmış olurlar. Süd yolu və Andromeda qalaktikası Lokal Qrupun tərkibinə daxildir. Lokal Qrup isə Virqo super topasının tərkib hissəsidir. Böyük miqyasda bu birliklər ümumən böyük boşluqlarla əhatə olunmuş təbəqə və filamentlərin tərkibinə daxildir.[13] Həm Lokal qrup və həm də Virqo super topası Laniakea adlı daha böyük kosmik struktura daxildir.

Qalaktika

Nomenklatura



Habbl Dərin Mənzərəsi (2014-cü il, iyun).
On minlərlə qalaktikalar kataloqlaşdırıldı, ancaq onlardan yalnız bir neçəsinin xüsusi adları var: Andromeda qalaktikası, Magellan buludları, Brulğan qalaktikası, Sombrero qalaktikası və.s. Astronomlar bir neçə xüsusi kataloq üzərində işləyirlər: Messier kataloqu, NGC (Yeni ümumi kataloq— New General Catalogue), IC (İndeks kataloqu — Index Catalogue), CGCG (Qalaktikalar və Qalaktikalar topası kataloqu — Catalogue of Galaxies and of Clusters of Galaxies), MCG (Qalaktikaların morfoloji kataloqu — Morphological Catalogue of Galaxies) və UGC (Uppsala Baş Kataloqu — Uppsala General Catalogue of Galaxies). Bütün yaxşı bilinən qalaktikalar bir və ya daha çox kataloqda görünür, lakin fərqli adlar altında. Məsələn, Messier 109 Messier kataloqunda nömrəsi 109 olan spiral qalaktikadır. Həmçinin digər kodlara da sahibdir:


qarabag.info