Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir.

Hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyir. Ailə üzvləri hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprelin 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı şöbəyə müraciət daxil olub. Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.Bərdədə 23 yaşlı qızı səhər saatlarında, işə gedərkən qaçırıblar.onun anası Mahirə Abdullayeva məlumat verib.

O bildirib ki, qaçıran şəxsi qiyabi olsa da tanıyırlar:

“Sahənin yanında çinar ağacı var, həmin yerə çatanda oğlan qızımın qolundan tutub, lakin o oğlanın əlindən çıxıb qaçmaq istəsə də, qaça bilməyib. Qışqırsa da səsinə səs verən olmayıb. Görənlər deyirlər ki, qızı elə aparıblar ki, heç kim heç nə edə bilməyib. Oğlanı qiyabi olaraq tanıyırıq”.

Ailənin narazılığının əsas səbəbi isə Fərhad Rzayevin yaşının çox olması və narkotiklə bağlı məhkumluq yaşamasıdır.