Bu gün onun üçün özəl gündür

Bu gün onun üçün özəl gündür


Etiraf edim ki, mənim icra başçılarına və ümumiyyətlə yerli icra hakimiyyəti strukturuna elə də simpatiyam olmayıb.
Ancaq mənim bu sistemdə yeganə simpatiyam olan insanin bu gün ad günüdür. Azərbaycanımızın mustəqilliyi dövrundə Ağdama təyinat alan icra bascıları sırasında xususi hörmətə və nüfuza malik olan dəyərli insan Nizami Sadiqovun bu gün 12 apreldə 74 yaşı tamam olur.
Sələf və xələflərindən fərqli olaraq Ağdamın erməni isgalı altında olmayan ərazisində çox saylı ciddi layihələrin icrası məhz N.Sadıqovun təşəbbusu ilə həyata keçirilib. Onun rayona rəhbərliyi etdiyi dövr rayonun "qızıl dövru" hesab etmək olar.
Savadı, bacarıgı, nüfuzu ilə secilən, daim vətəninə, dövlətinə sədaqətlə xidmət edən Böyuk insana bundan sonra Allahın verdiyi ömru yalnız sağlam və mənalı yasamağı arzu edirəm.
Elnur Rehimoglu Abdullayev
Qarabag.info