“Metropark”da bomba həyəcanı - Polis hərəkətə keçdi

“Metropark”da bomba həyəcanı - Polis hərəkətə keçdi




"Metropark” Ticarət Mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat verilib.

Məlumatla bağlı polis dərhal işə keçib.

Təhlükəsizlik məqsədilə vətəndaşlar binadan təxliyə edilib. Araşdırma zamanı ticarət mərkəzində partlayıcı olması təsdiqini tapmayıb.

Yalan məlumat verərək vətəndaşlara həyəcan yaşadan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.

Araşdırma davam edir.