Şimali Koreya könüllüləri müharibəyə cəlb ediləcək? - Putin münasibət bildirib

Şimali Koreya könüllüləri müharibəyə cəlb ediləcək? - Putin münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Şimali Koreyadan könüllüləri Ukrayna müharibəsinə cəlb etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu gün Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparan Putin Şimali Koreya könüllülərinin xüsusi əməliyyata aparılması ilə bağlı məlumatları cəfəngiyyat adlandırıb.

Putin qeyd edib ki, artıq 300 min könüllü xüsusi əməliyyatda iştirak etmək üçün qeydiyyatdan keçib.

"Rusiya heç nəyi pozmağa hazırlaşmır, lakin beynəlxalq hüquq çərçivəsində Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirəcək", - deyə əlavə edib.

Rusiya prezidenti belaruslu həmkarına Şimali Koreya lideri Kim Çen Inla apardığı danışıqlar barədə məlumat verəcəyini də söyləyib.