Fransa yaxşı yaşamaq üçün bu ölkələrin qanını "sorur" - ARAŞDIRMA

Fransa yaxşı yaşamaq üçün bu ölkələrin qanını "sorur" - ARAŞDIRMA


Bugünki Fransa iqtisadi vəziyyətinin yaxşı olmasına görə Afrikadakı keçmiş müstəmləkələrinə borcludur. Həmin ölkələr hələ də Fransa üçün böyük sərvət, gəlir mənbəyidir.


Sfera.az xatırladır ki, Fransa II Dünya Müharibəsindən sonra Afrikada olan müstəmləkələrinə müstəqil dövlət qurmaq imkanı yaratdı. Lakin bu imkan elə bir şəkildə, elə bir qaydada verildi ki, həmin ölkələr hələ də Fransanı bəsləməkdə mükəlləfdirlər.


Fransa müstəqillik istəyən müstəmləkələr qarşısında 2 yol müəyyənləşdirdi. Müstəmləkələr ya tam müstəqil olacaq, amma Fransaya aid əmlaklar məhv ediləcək, ya da bəzi şərtləri qəbul etməklə həmin əmlaklardan istifadə edə biləcəklər.


1958-ci ildə müstəqil olan Qvineya birinci yolu seçdi. Buna görə də o zaman Fransanın Prezidenti olan Şarl de Qollun əmrinə əsasən, fransızlara aid olan bütün əmlak ölkədən çıxarılmalı və ya məhv edilməli idi. Daşınar əmlakın bir hissəsini çıxartmaq mümkün olsa da, daşınmayan əmlakı çıxartmaq mümkün olmadı. Bu səbəbdən fransızlar Qvineyada olan bütün əmlakını məhv etdi.


Fransanın Qvineyadakı əmlakı dedikdə əslində ölkədə olan ən yaxşı əmlaklar nəzərdə tutulurdu. Burada olan bütün uşaq bağçaları, məktəblər, xəstəxanalar məhv edildi, kitab və dərmanlar yandırıldı, bütün mal-qara kəsildi və ya öldürüldü.


Qvineyada uzun müddət ərzində yaradılan sosial və mədəni obyektlər dağıdıldı, əkinə yararlı torpaqlar, çoxlu sayda kənd təsərrüfatı texnikası məhv edildi, ticarət müəssisələri talan olundu.


Qısası Fransa müstəqil olmaq istəyən Qvineyanın bütün iqtisadiyyatını, mədəni və sosial obyektlərini dağıtdı. Buna görə də Qvineya müstəqil olduğu son 65 ildə hələ də iqtisadi vəziyyətini düzəldə bilmir, hələ də dünyanın ən aşağı gəlirli ölkələrindən biridir.


Qvineya təcrübəsindən qorxan digər müstəmləkələrin əksəriyyəti ikinci yolu seçdi və onlar bu gün də Fransa tərəfindən istismar edilir.


Fransa müstəqillik qarşılığında həmin dövlətlər qarşısında çox ağır şərtlər qoyub. Bu şərtlərin bəziləri ilə tanış olaq.


Hazırda müstəqil olan keçmiş müstəmləkə ölkələri sahib olduqları qızıl-valyuta ehtiyatının ən azı 85 faizini Fransada, bu ölkənin mərkəzi bankında saxlamalıdır.



Afrikalılar öz valyuta ehtiyatlarının maksimum 15 faizindən müstəqil şəkildə istifadə edə bilər. Əgər ehtiyatların daha çox hissəsindən istifadə etmək istəyirlərsə, o halda, öz valyuta ehtiyatlarını Fransanın kommersiya banklarında olan kredit şərtlərinə uyğun şəkildə əldə etməlidirlər. Son məlumatlara görə Afrikalılar öz ehtiyatlarını borc aldıqları üçün ildə 500 milyard dollar Fransaya borc qaytarırlar.


Valyuta ehtiyatlarından istifadə şərtləri aysberqin görünən hissəsidir.

Ətraflı

Afrikalılar Fransaya hələ də “qəbilə” vergisi ödəyir. Bu vergi ona görə ödənilir ki, Fransa həmin ölkələrlə Qvineyaya davrandığı kimi davranmasın.


Fransaya ödənən vergilər keçmiş müstəmləkələr üçün böyük xərcdir. Toqo Respublikasının məlumatına görə, Fransaya ödənən vergi və digər vəsaitlər dövlət büdcəsinin 40 faizinə bərabərdir. Afrikadan Fransaya il ərzində ödənən vəsaitlərlə bağlı açıq rəsmi mənbə yoxdur. Nə Fransa, nə də keçmiş müstəmləkə olmuş ölkələr bu haqda məlumat açıqlayır.


Digər qaydaya görə, keçmiş müstəmləkə ərazisində tapılan təbii ehtiyatları (neft, qaz, metallar və s.) ilk növbədə xarici ölkə kimi Fransanın istismar etmək haqqı var. Bu qayda Afrika dövlətlərinin xarici ölkələr üçün keçirdiyi tenderlərə də aiddir. Xarici ölkələrə açıq olan dövlət tenderlərində ilk növbədə Fransanın təklifi əsas götürülür. Əgər Fransa bu layihələrdə iştirak etmək istəməsə, o halda, digər ölkələrə aid şirkətlər tenderlərə qatıla bilər. Buna görə də həmin ölkələrin əsas ixrac mallarının istehsalçısı Fransa şirkətləridir. Başqa sözlə, həmin ölkələrin dəyərli, ixrac qabiliyyəti yüksək olan aktivləri fransızlara məxsusdur.


Məsələn, Kot-Divuarda bütün kommunal xidmət müəssisələri Fransa şirkətlərinə aiddir. Bundan başqa, ölkədə nəqliyyat və kənd təsərrüfatı müəssisələri arasında ən böyükləri, limanlar və bankların iriləri Fransaya məxsusdur.


Silah alışında da afrikalılar Fransadan asılıdır. Öhdəliyə əsasən, Afrika ölkələri silah alan zaman fransız istehsalçılarını seçməyə bilər. Lakin aldıqları silahları hökmən Fransa bazarından əldə etməlidirlər. Bu qaydaya uyğun olaraq, başqa ölkələrin istehsalı olan silahları da onlara fransızlar satır. Təxmini hesablamalara görə, iqtisadi müstəmləkə siyasəti hesabına Afrika ölkələri Fransaya hər il trilyon dollardan çox pul qazandırır.

Mədəni sahədə də həmin dövlətlərin Fransa qarşısında öhdəliyi var. Keçmiş müstəmləkələrdə ikinci dövlət dili hökmən fransız dili olmalıdır. Bundan başqa təhsil siyasəti və cəmiyyətdə aparılan təbliğat işləri Fransa ilə razılaşdırılmalıdır.


Bu ölkələr həmçinin Fransanın valyutasından istifadə etməlidirlər. Nəhayət, həmin ölkələrin heç biri Fransa ilə dost olmayan ölkələrlə hərbi və digər ittifaq yarada, əməkdaşlıq edə bilməz.


Afrikada bu şərtlərlə müstəqil olan 13 ölkə var. Bunlar Benin, Burkina-Faso, Qvineya-Bisau, Kot-Divuar, Mali, Niger, Sineqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Respublikası, Ekvotarial Qvineya və Qabondur.


Fransızlar etiraf edir ki, bu ölkələrdən sorulan “qan” olmasa, Fransanın indiki yaxşı yaşayışından əsər-əlamət qalmayacaq.


Fransanın hazırkı Prezidenti Emmanuel Makron etiraf edib ki, Afrika ölkələri olmasa, Fransa üçüncü dünya ölkələrinin səviyyəsinə düşər. 1981-1995-ci illərdə Fransa Prezidenti olmuş Fransua Mitteran isə qeyd edib ki, Afrika olmasa Fransa XXI əsrdə olmayacaq.



Vasif