Salyan polisinin Sabirabad rayonunda qeyri-qoruq ərazisində nə işi var? NARAZILIQ

Salyan polisinin Sabirabad rayonunda qeyri-qoruq ərazisində nə işi var? NARAZILIQ


Salyanın polis rəisi bilirmi ki, işçiləri nə işlə məşğuldur?
“Saxlanılan şəxslər” bildirirlər onlar iki həftə əvvəl Sabirabad rayon, Salmanlı kənd ərazisində, Kür çayına yaxın qeyri-qoruq ərazisində ov edərkən iki polis əməkdaşı mülki avtomobillə onlara yaxınlaşaraq özlərini Salyan polis şöbəsinin əməkdaşları kimi təqdim edərək, onların qanunsuz ovla məşğul olduqlarını əsas gətirərək polis şöbəsinə aparıblar. Şöbədə onların silahları müsadirə edilib, özləri isə 5 saatdan artıq polis şöbəsində saxlanılıblar. Nəhayət ki, onlar 5 saatdan qanunsuz saxlanıldıqdan sonra silahları müsadirə olunmaqla buraxılsalarda, nə barələrində inzibati protokol yazılıb, nə də qanunsuz ov etmələri barədə polis tərəfindən nə ETSN-nin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilib.
Bəlli məsələdir ki, qanunsuz ovla bağlı polis hansısa bir pozuntu halları aşkar edərsə, bu barədə dərhal ETSN-nin ərazi üzrə qurumuna məlumat verməli, dəymiş ziyanla bağlı qurumun müvafiq rəyini almalı, qərar qəbul edərkən həmin rəyə istinad etməklə protokol tərtib etməklə məhkəməyə göndərməlidir. Lakin göründüyü kimi, Salyan polisi heç bir qərar qəbul etməmiş, ETSN-nə məlumat verməmişdir.
İkinci əsas məsələ, daha doğrusu pozuntu isə ondan ibarətdir ki, həmin şəxslər bildirirlər ki, onların ov etdikləri qeyri-qoruq ərazisi Salyan rayon ərazisi yox, Sabirabad rayon Salmanlı kənd ərazisidir. Bundan da belə görünür ki, Salyan polisi özü də qanunsuz olaraq vəzifə səlahiyyətlərini aşmaqla başqa bir rayonun inzibati ərazisinə daxil olmaqla xidmət aparmaqla, qeyri-qoruq ərazisində qanunsuz ovla bağlı 5 nəfər saxlayıb.Yalnız onlardan iki nəfəri öz silahı ilə ov edib. Digər 3 nəfərin silahı isə maşında olmaqla yanaşı kabroda olub. Yəni həmin vaxt ərazidə həmin 3 silahdan güllə atılmayıb. Lakin buna baxmayaraq Salyan polis şöbəsidə maşında olan 3 silahda öz kabrosundan çıxarılaraq müsadirə edilib. Və üzərindən iki həftə keçməsinə baxmayaraq hələ də şöbədə saxlanılır.
Salyan polis söbəsindən onların hər birinə qanunsuz ovla məşğul olmaları barədə ayrı-ayrılıqda 2000 manat cərimə yazılacağı bildirilib. Əlbəttə ki, polisin bu mövqeyi düzgün deyil.
Birinci: Əvvala Salyan polisi isbatlamalıdır ki, həmin qeyri-qoruq ərazisi, Sabirabad rayon ərazisi yox, Salyan rayonunun inzibati ərazisidir.
İkincisi; polis müəyyən etməlidir ki, ( ekspertiza yolu ilə) maddi sübut kimi qəbul etdiyi 3 göyərçin cinsinə aid quşlarda həmin o, 3 silahdan istifadə oluna qırma mövcuddur, ya yox.
Üçüncü: quşların hansı cinsə (vəhşi və ya göyərçin cinsli quşlara) aid olub olmamasını dəqiqləşdirməlidir. (Bunu üçün də ETSN-nin rəyi mütləq hesab olunur)
Bütün bunlar öz əksini tapmadığı halda, yəni Salyan polisinin özünün Salyan ərazisinə aid olmayan qeyri-qoruq ərazisinə daxil olduğu, qanunsuz olaraq 5 nəfər şəxsləri saatlarla şöbədə qanunsuz saxlaması, silahlarını müsadirə edilməsi faktı aşkar edilərsə necə olacaq?
Qeyd edim ki, ov edən şəxsə münasibətdə inzibati qaydada protokol yazıla bilər. Digər şəxslərə münasibətdə bu mümkün deyil, hörmətli rəis Nəzər müəllim. Məsələ bu qədər bəsit.
“Saxlanılan şəxslər” onu da bildirirlər ki, müsadirə olunan silahlar sənədsiz deyil, sənədlidir.
P.s. bir halda ki, Salyan polis şöbəsinin əməkdaşları Sabirabad rayon ərazisinə nəzarət edə, reyd və ya hər hansı bir əməliyyat keçirmək iqtidarındadırsa, onda Sabirabad polis şöbəsi nəyə gərəkdir?!
Belə olan halda isə Sabirabad polis şöbəsi ləğv edilməli, Salyan polis şöbəsinin tabeliyində bir bölmə kimi fəaliyyət göstərməsi daha məntiqli görünür.
Qeyd edək ki, Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini işləyib.
RealMedia.az