Avtomobil satan şəxs vətəndaşa qarşı dələduzluq etdiyi bildirilir.

Avtomobil satan şəxs vətəndaşa qarşı dələduzluq etdiyi bildirilir.


Qarabağ.info saytına yazan Cəlilabad Rayon Günəşli Kənd sakini Quliyev Elçin (050) 637-87-87 İbrahim oğlu redaksiyamıza müraciət edərək 03.03.2024-ci ildə Bakı Şəhər Badamdar qəsəbəsində yerləşən Avtomobil Bazarından avtomobil aldığını avtomobildə texniki problemlərin olduğunu bildirərək şikayət etmişdir.

Müraciəti olduğu kimi təqdim edirik: mən 03 mart tarixində Badamdar qəsəbəsində yerləşən Avtomobil Bazarından Zəngəzurlu Tural Etiram oğlundan 16.300 manata "Toyota Avensis" markalı avtomobil almışam. Avtomobili aldığım zaman Tural mənə avtomobildə yalnız sürətlər qutusunda kiçik problem olduğunu və problemi 500 manata həll edəcəyini, əgər problem 500 manatdan da artıq olarsa ziyanı ödəyəcəyini deyib 16.800 manatdan 500 manat sürətlər qutusunda olan problemə görə çıxıb 16.300 manata avtomobili mənə satmışdır.

Sonra mən bir neçə avtomobil ustasına müraciət edib avtomobilin problemini həll etməyə çalışdım. Ustalar mənə bildirdilər ki, avtomobilin sürətlər qutusunda olan texniki qüsurların aradan qaldırılması üçün avtomobilin sürətlər qutusu tam olaraq yenisi ilə əvəz olunmalıdır. Bu da təxminən 2.000-2.500 manat pul edir. Diqqətinizə çatdırıram ki, Tural avtomobili satan zaman mənə avtomobildə 10.000 manatlıq problem də olsa qarşılaşacağını bildirməsinə baxmayaraq vədinə əməl etməyib mənə qarşı dələduzluq etmişdir.
Mən 05 mart tarixində Tural ilə Sedmoy deyilən ərazidə görüşüb problemi söz verdiyi kimi həll etməsini xahiş etdim. Tural ətrafında olan "Voravskoy" tipli şəxslərin vasitəsilə mənə hədə-qorxu gəlib ged hara istəyirsən şikayət et dedi.

Redaksiyanız vasitəsilə aidiyyəti qurumlardan xüsusilə Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Zəngəzurlu Tural Etiram oğlunun qanunsuz əməlləri barədə tədbir görülməsini və Tural tərəfindən mənə vurulan ziyanın ödənilməsi üçün aidiyyəti üzrə tapşırıq və göstərişlər verməsini xahiş edir və təşəkkür edirəm.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi