zərbaycanda bu tarixdən uşaqpulu bərpa edilir? - AÇIQLAMA

zərbaycanda bu tarixdən uşaqpulu bərpa edilir? - AÇIQLAMA


Bu gün müzakirə edilən məsələlərdən biri də uşaqpulunun bərpasıdır. Zaman-zaman bu məsələ Milli Məclisdə deputatlar tərəfindən də qaldırılıb. Pandemiyadan sonra yenidən uşaqpulu məsələsinə baxılacağı barədə iddialar da səsləndirilir.

Bununla əlaqədar Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, məsələ ilə bağlı Mili Məclisdə də deputatlar tərəfindən fikirlər səsləndirilib:




"Lakin bilirsiniz ki, bu ilin büdcəsi artıq təsdiqlənib. Bu ilki büdcədə əsas Qarabağımızın bərpası, hərbi, təhsil və sosial xərclər nəzərdə tutulub. Lakin düşünürəm ki, gələcəkdə aparılan iqtisadi analizlərdən sonra yenidən bu məsələyə qayıdıla bilər. Çünki bu məsələ tək Milli Məclisdə deyil, həm də sosial şəbəkələrdə və mediada da müzakirə olunur. İnsanların bizə ünvanladığı suallar da uşaqpulunun nə zaman bərpa ediləcəyi ilə bağlıdır. Hər kəs üçün bu mövzu maraqlıdır. Azərbaycan iqtisadiyyatı və qeyri-neft sektoru inkişaf edir. Düşünürəm, vergidə, gömrükdə aparılan islahatlar imkan verəcək ki, 2022-2023-cü illərdə uşaqpulunun bərpa məsələsinə yenidən baxılsın".

Aysel Yusifqızı


Sonxeber.az