İstirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 6-sı azyaşlı olmaqla 11 nəfər... - ADLAR - YENİLƏNDİ 2

İstirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 6-sı azyaşlı olmaqla 11 nəfər... - ADLAR - YENİLƏNDİ 2

Lerik rayonunda kütləvi zəhərlənmənin sanitar-gigiyenik norma və tələblər gözlənilmədən istehsal olunan qidadan baş verdiyi ehtimal olunur.



Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.



"İlkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub", - qurumdan qeyd olunub.



Bildirilib ki, hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir: "Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".



14:00



Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.



TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.



Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.



***




12:44



Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.



Sfera.az xəbər verir ki, zəhərlənənlərdən 6-sı azyaşlıdır.



Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.

Onlara ilkin tibbi yardım göstərilib.



Zəhərlənən şəxslərin adlarını təqdim edirik:



1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə



1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə



2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə



2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə



1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva



1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva



2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva



2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev



1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev



2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva



2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə.