Qurbanov "Qalatasaray" və "Fənərbaxça"dan təklif aldı - Okan Burukun yerinə Alonsoya həyatı zəhər edən baş məşqçi gəlir!

Qurbanov "Qalatasaray" və "Fənərbaxça"dan təklif aldı - Okan Burukun yerinə Alonsoya həyatı zəhər edən baş məşqçi gəlir!

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənı superliqa təmsilçilərindən birində çalışa bilər.

"Qarabağ.info" xəbər verir ki, bu barədə "fotospor.com" saytı məlumat yayıb. Nəşr təcrübəli mütəxəssislə bağlı iddianı gündəmə gətirib. "Okan Burukun yerinə Xabi Alonsoya həyatı zəhər edən baş məqçi" başlığıyla yayınlanan xəbərdə diqqətçəkən bilgilər yer alıb.

Türkiyə mətbuatının xəbərinə görə, Qurban Qurbanov növbəti mövsümdə ya "Qalatasaray"ın, ya da "Fənərbaxça"nın baş məşqçisi ola bilər. Hər iki klub təcrübəli mütəxəssinin xidmətində maraqlıdı. Hətta media bir az da irəli gedərək yerli iş adamlarından birinin Qurban bəyi iyuna qədər Türkiyəyə gəlməyə razı salacağını bildirib. İddialara inansaq, həmin şəxs "köhlən atlar"ın çalışdırıcısının heyranıdı.

KƏNAN BAHADIR