Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - FOTO

Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - FOTO


Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Neftçi”nin futbolçusu Qara Qarayevə dəstək olub.

“Qarabag.info” xəbər verir ki, o öz instaqram hesabında futbolçunun fotosunu “Huge respect” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş “Neftçi”- “Qarabağ” derbisindən sonra Ağdam təmsilçisinin azarkeşləri Qara Qarayevi təhqir etmişdi.

Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevi paylaşaraq ona dəstək nümayiş etdiriblər.

Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - FOTO