Hesablama Palatası: Dövlət qurumları 157 mln. manat vəsaiti səmərəsiz xərcləyib

Hesablama Palatası: Dövlət qurumları 157 mln. manat vəsaiti səmərəsiz xərcləyib



2023-cü ildə Hesablama Palatası tərəfindən 5 səmərəlilik auditi keçirilib.

Qarabağ.info xəbər verir ki, bu barədə Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, audit mövzuları müəyyənləşdirilərkən predmetin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə uzlaşması, dövlət proqramları diqqətdə saxlanmış, ilk dəfə olaraq, hökumət əsaslı DİM qiymətləndirilməsi həyata keçirilmiş, investisiya fəaliyyətinin səmərəliliyi, eləcə də rəqəmsallaşma istiqamətinin ("Hökumət buludu"nun) səmərəliliyi və qiymətləndirilib.

Başa çatdırılmış səmərəlilik auditləri və digər auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib.

Hesabat ilində Hesablama Palatası tərəfindən səmərəlilik auditlərində predmetlərin müəyyənləşdirilməsi zamanı bu auditə xas hər 3 prinsip ( səmərəlilik, nəticəlilik və qənaətlilik) tətbiq edilib.