Moskvadan Ermənistana tərs şillə - Humanitar yüklər Ağdam yoluyla daşınmalıdır

Moskvadan Ermənistana tərs şillə - Humanitar yüklər Ağdam yoluyla daşınmalıdır

Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır.

qarabag.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya məsələni siyasiləşdirməyin əleyhinədir:

“Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır. Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar”.

M. Zaxarova qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir.