Müavini Paşinyanın Tavuşla bağlı dediklərini təkzib etdi

Müavini Paşinyanın Tavuşla bağlı dediklərini təkzib etdi


Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin Tavuş vilayətindən başlanması barədə qərar yoxdur.

Qarabağ.info xəbər verir ki, bunu Ermənistan tərəfdən Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya rəhbərlik edən Baş nazirin müavini Mqer Qriqoryanın Ofisindən mətbuata bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının növbəti görüşü ilə bağlı razılıq yoxdur.

Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı prosesin məhz bu bölgədən başlanacağı barədə bəyanat vermişdi.