“Xankəndində aclıq yoxdur, firavanlıq və eyş-işrət var” - ŞƏRH

“Xankəndində aclıq yoxdur, firavanlıq və eyş-işrət var” - ŞƏRH


qarabag.info bildirir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Azərbaycandan Xankəndinə göndərilən 40 tonluq humanitar yardımın ermənilər tərəfindən qəbul edilməməsi bu həqiqəti bir daha sübut edir:

“Məlum olduğu kimi, Azərbaycan dövləti humanizm prinsipini rəhbər tutaraq Xankəndindəki ermənilər üçün 40 tonluq humanitar yardım – un və un məmulatları göndərib. Lakin separatçılar Ağdam-Xankəndi yolu ilə göndərilən bu yardımın qarşısını kəsib, onu qəbul etmirlər. Bu gerçək onu göstərir ki, Xankəndində humanitar fəlakətin olması ilə bağlı deyilənlər absurddur. Əgər orada həqiqətən də aclıq mövcud olsaydı, o zaman bu yardımı qəbul edərdilər.

Bundan başqa, proseslər göstərir ki, Xankəndində sadə ermənilər üçün problem yaratmağa çalşan bir qüvvə varsa, bu da oradakı separatçılardır. Bölgədə humanitar fəlakətin yaranması, bundan Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə edilməsi də məhz separatçıları istəyidir. Azərbaycanın Xankəndinə göndərdiyi yardım fonunda ortaya çıxan həqiqətlərdən biri də məhz budur”.