Sürücüyə yazılmış "gülməli" protokolu DYP ləğv etdi - YENİLƏNİB - FOTO

Sürücüyə yazılmış "gülməli" protokolu DYP ləğv etdi - YENİLƏNİB - FOTO

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, yayılmış məlumat əsasında araşdırılma aparılıb. Məlum olub ki, xüsusi texniki vasitənin işində nöqsan olub. Bu səbəbdən protokol digər sürücünün adına rəsmiləşdirilib. Yol verilmiş texniki xəta aradan qaldırılıb və sürücü barəsində tərtib edilmiş protokola xitam verilib.

******

Bakı-Sumqayıt yolunda qayda pozan sürücünün cəriməsi başqa şəxsin adına tərtib olunub. Avtosfer.az xəbər verir ki, Samir Qurbanov adlı sürücü başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O bildirir ki, qayda pozuntusunu törədən tamam başqa avtomobil və başqa sürücüdür: “Cərimənin qeydə alındığı zaman mən işdə olmuşam. Protokola əlavə edilmiş fotodakı avtomobil 90-LO-725 qeydiyyat nişanlı “Daewoo” markalı avtomobildir. Mənim avtomobilin nömrəsi isə 99-LD-725 qeydiyyat nişanlı “KIA” markalı avtomobildir. Nömrələrimiz oxşar olduğu üçün cərimə səhvən mənim adıma tərtib edilib. Hətta protokola mənim avtomobilimin də fotosunu əlavə ediblər. Amma maşınımın qayda pozulan yerdə şəkli yoxdur” – deyə sürücü bildirib.

Sürücüyə yazılmış "gülməli" protokolu DYP ləğv etdi - YENİLƏNİB - FOTO