Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

Bakı-Qəbələ qatarının hərəkət qrafiki dəyişir

Sentyabrın 30-dan "Azərbaycan Dəmir Yolları" QSC payız-qış mövsümü ilə əlaqədar Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət qrafikini yeniləyəcək.


qarabag.info-ya bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.


Məlumata görə, qatar Bakıdan-Qəbələyə yalnız hər həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız hər həftənin bazar günü yola düşəcək.