Sırxavənd və Ballıqaya kəndlərində Azərbaycan bayrağı qaldırılıb

Sırxavənd və Ballıqaya kəndlərində Azərbaycan bayrağı qaldırılıb

Azərbaycan hərbçiləri keçmiş Ağdərə rayonunun Sırxavənd və Ballıqaya kəndlərinə nəzarəti ələ alıblar. Kəndlərdə Azərbaycan bayrağı qaldırılıb.

Azərbaycan hərbçilərinin həmin kəndlərdə yerləşməsi o deməkdir ki, Ağdərə şəhəri də daxil olmaqla, keçmiş Ağdərə (Mərdəkan rayonu) Azərbaycan ordusunun fiziki nəzarətinə keçib.