“Nar” sərfəli mobil operator mövqeyini qoruyur - FOTO

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur - FOTO

Abunəçilərinə daha yaxın olmaq məqsədilə, “Nar” qısa zamanda Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərinin öz əhatə dairəsinə daxil edilməsinə nail olub.

“Nar” 2023-cü ildə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 30 sosial təşəbbüsün gerçəkləşdirilməsinə dəstək olub. Operator ötən il həyata keçirdiyi layihələrə 2.4 milyon manatdan çox vəsait ayırıb. “Nar”ın davamlı olaraq həyata keçirdiyi “Jest dili.az” sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görülüb.

“Nar” 2024-cü ildə də ən sərfəli operator mövqeyini saxlamaqla, müştəriyönümlü strategiyasını davam etdirməyi, yeni konsepsiyalı daha 18 mağazasını müştərilərin xidmətinə təqdim etməyi, azad edilmiş ərazilərdəki əhatə dairəsini genişləndirməyi və həyata keçirilən sosial layihələrə investisiya yatırımlarını davam etdirməyi planlaşdırır.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir