Əməkhaqqı, sosial ödənişlər və səhiyyəyə ayrılan vəsaitlər AÇIQLANDI

Əməkhaqqı, sosial ödənişlər və səhiyyəyə ayrılan vəsaitlər AÇIQLANDI

“2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcənin 36 faizi sosial işlərə yönləndirilib”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Ə.Əsədov qeyd edib ki, orta əməkhaqqı 300 manatdan 345 manata qalxıb. 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı eyniləşdirilib. Minimum pensiya 16,17 faiz, yaşa görə isə 16,15 faiz artırılıb.

Baş nazir qeyd edib ki, 2023-cü ildə təkcə əməkhaqqı və sosial ödənişlər üçün 750 milyon ayrılıb. Səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması üçün dövlət hesabına 1 milyard 264 milyon manat ayrılıb.


Firuzə Əliyeva