Narkotik istifadəçilərinin sayı AÇIQLANDI: "Müalicəyə ehtiyacı olan..."

Narkotik istifadəçilərinin sayı AÇIQLANDI: "Müalicəyə ehtiyacı olan..."


BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi dünyada təxminən 300 milyon insanın narkotik vasitələrdən istifadə etdiyini açıqlayıb.


Qarabağ.info xəbər verir ki, bu barədə idarənin rəhbəri Qada Fəthi məlumat verib.


O bildirib ki, sintetik tərkibli və bitki mənşəli narkotik maddələrin onlayn şəkildə ticarəti artıb. Narkotik ticarətinin Haitidə dəstə zorakılığını artırdığını və Ekvadorda ictimai asayişi təhdid etdiyini bildirən Vali, sintetik tərkibli narkotiklərin Yaxın Şərqdə də yayılmasının vəziyyəti daha da mürəkkəb hala gətirdiyini qeyd edib.


“Narkotik istehsalı və ticarətində yeni modellər ortaya çıxmağa başlayıb və internetin də bu mövzuda çox həlledici rolu var. Dünyada müalicəyə ehtiyacı olan narkomanlardan yalnız 5-dən biri müalicə almağa razılaşır”.