Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı

Naibə Allahverdiyevanın vəziyyəti ağırlaşdı

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb. O, səhhəti ilə bağlı RTV-ə açıqlama verib. Xalq artisti hazırda 5 saylı kliniki xəstəxanada olduğunu qeyd edib:


"Hazırda 5 saylı kliniki xəstəxanasınadayam. Həkimlərdən cavab gözləyirəm. Hansı infeksiya olduğunu hələ bilmirlər. Mən də gözləyirəm”.


Qeyd edək ki, Naibə Allahverdiyeva Lent.az-a müraciət edərək xəstə olduğunu həkimlərin ona çarə tapa bilmədiyini deyərək kömək istəyib.


Naibə Allahverdiyeva müsahibəsində bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir və həkimlərdən kömək ala bilmir:

“Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”, - deyə o qeyd edib.